
"Məscidül-Həram"dakı təvaf sahəsininin genişləndirilməsi zamanı "Ümrə Qapısı"nda çökmə baş verib.
Hadisədə ölən ya da yaralanan olmayıb, ancaq təmir işləri dayandırılıb.
Qaynar.info marka.az-a istinadən xəbər verir ki, "Harameyn"in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əhməd əl-Mənsuri məlumatı təsdiqləyib.
Əhməd əl-Mənsuri çökmənin təmir işlərinin davam etdirilməsinə heç bir təsiri olmadığını və Kəbənin təvaf edildiyi ərazidən uzaq olduğunu qeyd edib.
Hadisədə ölən və xəsarət alanların olmadığını deyən Əl-Mənsuri, həmçinin çökmə aradan qaldırılana qədər inşaat işlərinin dayandırıldığını bildirib.
Qaynar.info


