Xəbər lenti

Kəbədə şəkil çəkmək qadağan olundu
Dünya13:46 23.11.2017

Kəbədə şəkil çəkmək qadağan olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanı müqəddəs yerlərdə foto və video çəkilişi qadağan edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Məkkə şəhərindəki Əl Həram (Kəbə) və Mədinə şəhərindəki Əl Məscid Ən Nəbavi məscidlərində açıq və qapalı bölgələrdə foto və video çəkmək mümkün olmayacaq. Media nümayəndələrinə də aid edilən qərara tabe olmayan şəxslərin cihazı götürüləcək və onlar barədə lazımi hüquqi tədbir görüləcək. 
Səudiyyə Ərəbistan Krallığı Sarici İşlər Nazirliyi tərəfindən qəbul edilən qərarın məqsədi insanlara ibadət üçün daha yaxşı şərait yaratmaq, foto, video çəkilişlə onları narahat etməməkdir.
Gülşən