Xəbər lenti

Keçmiş agentin yeri gizli saxlanılır
Dünya18:20 16.09.2013

Keçmiş agentin yeri gizli saxlanılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerika Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden Rusiyada gizli yerdə yaşayır.

Bu barədə məlumatı Rusiya mətbuatı onun vəkili Anatoli Kuçerenə istinadən yayıb.

Vəkil bildirib ki, Snoudenin mühafizəsinə əməkdaşlar cəlb edilib və onlar keçmiş agenti qoruyur. Həmçinin vəkil qoruma ilə təmin olunmağın keçmiş agentin öz arzusu olduğunu vurğulayıb: “Snoudenin yeri barədə heç kəsə məlumat verilmir. Başa düşürük ki, təhlükə həddindən artıqdır və buna görə də onun yeri haqqında məlumat vermək hələlik mümkün deyil”.