Xəbər lenti

Keçmiş baş nazir futbolçu oldu
Dünya06:09 27.08.2013

Keçmiş baş nazir futbolçu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fevral ayında istefa edən Bolqarıstanın eks baş naziri Boyko Borisov, ötən gün ölkənin ikinci liqasındakı “Vitosha Bistritsa” futbol komandası ilə meydana çıxıb.

Anspress-in “CNN”ə istinadən verdiyi məlumata görə, 13 nömrə forma ilə 54 dəqiqə oynayan 54 yaşlı sabiq baş nazir, daha əvvəl də komanda ilə həvəskar liqada futbol oynamışdı.

Bolqarıstanda professional liqada oynayan ən yaşlı futbolçu olan Borisov, daha əvvəl iki dəfə təzyiqi qalxdığı üçün xəstəxanaya aparılıb. O, indi sağlamlığının yaxşı olduğunu bildirib.

Qaynar.info