
Korrupsiyada ittiham olunan Sloveniyanın keçmiş baş naziri həbs olunub.
Qaynar.info-nun məlumatına görə, məhkəmə keçmiş baş nazir Yanez Yanşanı iki il müddətinə azadlıqdan məhrum edib. O, Finlandiya şirkətlərindən biri ilə saxta əməkdaşlıq aparmaqdda və rüşvət almaqda ittiham olunur.
Bundan başqa keçmiş baş nazir 37 min avro dəyərində cərimə də olunub.
Qaynar.info