
Həddi-buluğa çatmamış qızla cinsi əlaqəyə girməkdə ittiham olunan İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə 5 il həbs cəzası istənilib.
Qaynar.info-nun məlumatına görə, prokuror İlda Bokkassini bundan başqa Berluskoninin dövlət məmuruluğundan ömürlük atılmasını da məhkəmədən tələb edib.
Qeyd edək ki, keçmiş baş nazir şəxsi villasında seks məclisləri düzəltməkdə və həddi-buluğa çatmayan mərakeşli rəqqasə Kərinə Əl Mahruqla cinsi əlaqəyə girməkdə ittiham olunur.
Prokuror Bokkassini prokurorluğun əldə etdiyi məlumata görə, keçmiş baş nazirin təşkil etdiyi məclislərə fahişə gətirtmək üçün xüsusi şəbəkə yaratdığını da deyib.
Qaynar.info