
İngiltərənin keçmiş baş naziri Toni Blerin qızı Ketrin Bler sevgilisi ilə birlikdə evinin yanında gəzərkən iki nəfər silahlı şəxsin hücumuna məruz qalıb.
Qaynar.info xəbər verir ki, hadisəni iki gün sonra açıqlayan ingilis polisi gənc vəkil və sevgilisinin iki nəfər silahlı şəxsin hücumuna məruz qaldıqlarını və məsələ ilə bağlı araşdırılma aparıldığını bildirib.
Polis silahlı şəxslər keçmiş baş nazirin qlzlndan nəğd pul və zinət əşyalarını istədiklərini, istədiklərini ala bilmədikləri üçün hadisə yerindən uzaqlaşdıqlarını bildirib.
Qaynar.info