
Türkiyədə keçmiş bələdiyyə sədrinə süi-qəsd olub. Qaynar.info xəbər verir ki, Şanlıurfanın Suruç qəsəbəsinin sabiq bələdiyyə rəhbəri Salih Tekinalp və oğlu Sinan Tekinalp öldürülüb.
Ata və oğul qəsəbənin girişində silahlı hücuma məruz qalıb. Hər iki şəxs aldıqları güllə yarasından hadisə yerindəcə keçinib. Hələlik onları kim və ya kimlər tərəfindən öldürüldüyü bəlli deyil.
Fanat.az