Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin keçmiş direktoru Elnarə Həsənova Elm və Tıhsil Nazirliyini məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, Elnarə Həsənovanın iddia tələbi işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi ilə bağlıdır.
İddiaya Nərimanov Rayon Məhkəməsində baxılacaq. İş hakim Mehriban Əfəndizadənin icraatındadır.
Elnarə Həsənova 3 il əvvəl direktor vəzifəsindən azad edilib. Bu barədə Qaynarinfo-ya Xırdalan şəhər 10 nömrəli məktəbdən bildirilib.
Məhkəmə çəkişməsinin məhz bu məsələ ilə bağlı olub-olmadığı məlum deyil.
Seyid
Şərhlər