"Baxçalının Kanal İstanbul layihəsi ilə bağlı əvvəlki fikirləri fərqli idi”.
Qaynarinfo xəbər verir ki, bu sözləri MHP-nin keçmiş sədr müavini Şevkət Bülənd Yahnici TV5-də "Kanal İstanbul” layihəsi haqda danışarkən deyib.
Yahnici MHP lideri Dövlət Baxçalının "Kanal İstanbul” layihəsindən narahat olanları "şüursuz" və "qeyri-milli” olmaqda günahlandırması ilə bağlı suala belə cavab verib:
"Hörmətli Ərdoğan Kanal İstanbul layihəsi haqda ilk dəfə 2011-ci ildə Haliç Konqres Mərkəzində açıqlamanı verəndə Baxçalı layihə ilə bağlı zəhər-zəmbərək bir açıqlama vermişdi. Bu iki Baxçalının eyni şəxs olduğu danılmazdır, amma başa düşmək mümkün deyil. Mən başa düşmürəm. Kimsə başa düşürmü? Mən partiya sədrinin müaviniydim, amma onu tanıya bilmirəm. 2011-ci ildə "Kanal İstanbul”u "dəlilərin dəli layihəsi” adlandıran hörmətli Baxçalı, bu gün nə oldu görəsən, "Kanal İstanbul”a qarşı çıxanlara xain deyəsi oldu?”
"Türkiyənin mənfəəti baxımından hörmətli Baxçalının fikrini dəyişdirməsi bu fərqin səbəbi ola bilərmi?” sualına isə Yahnici belə cavab verib:
”Əfəndim, oxuması lazımdır. Görəsən o nəsə oxuyurmu? ÇED-in hesabatını oxuyubmu? Bir şey oxuduğunu güman etmirəm. O, qarşısına gələn mətbuat xülasəsini belə oxumur...”
Alpər