Xəbər lenti

Keçmiş müdafiə naziri həbs edildi
Dünya08:45 06.03.2013

Keçmiş müdafiə naziri həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yunanıstanın keçmiş müdafiə naziri Akis Çohakopulos çirkli pul yuma və vergidən yayınma maddəsilə 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Qaynar.info-nun məlumatına görə, məhkəmə Çohakopulosa 520 min avro pul cəzası kəsilməsi və Afinadakı malikanəsinin müsadirə edilməsi ilə bağlı qərar çıxarıb. 

73 yaşlı keçmiş nazir ciddi təhlükəsizlik tədbirləri altında məhkəməyə gətirilib. 

Məhkəmənin hökmündən sonra Çohakopulos Koridalos həbsxanasına aparılıb. 

Qeyd edək ki, Yunanıstanın keçmiş baş naziri Andreas Papandreunun yaxın kadrlarından olan Çohakopulos müdafiə naziri olduğu müddətdə Yunanıstanın Almaniyadan silah sistemləri idxalında 8 milyon avro rüşvət almaqda ittiham olunur. 

Qaynar.info