Amerika dövlətinin başçısı Donald Tramp Sinqapur sammiti zamanı KXDR lideri Kim Çen Ina BMT tərəfindən tətbiq edilən məhdudlaşdırıcı sanksiyaların qaldırılmasının mümkünlüyü barədə düşünəcəyini vəd etdi.
Qaynarinfo xəbər verir ki, bunu Trampın keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton "Bu hadisənin baş verdiyi otaq: Ağ Evin xatirələri" kitabında yazıb.
İddiaya görə, Şimali Koreya lideri amerikalı həmkarına deyib ki, o, KXDR-in denuklearizasiyasından sonra ABŞ-ın müxtəlif güzəştlərə gedəcəyindən çox məmnundur.
"Buna görə, Kim sammitdən nikbin gözləntilərlə ayrıldı", - Trampın keçmiş müşaviri yazıb.
Alpər