Xəbər lenti

Keçmiş nazir məhkəmə qarşısına çıxarıldı
Dünya09:23 18.02.2013

Keçmiş nazir məhkəmə qarşısına çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrailin Qüds şəhər Məhkəməsində ölkənin keçmiş xarici işlər naziri Aviqdor Libermanın məhkəmə prosesi başlanılıb.

Qaynar.info-nun məlumatına görə, millətçi "Evimiz İsrail" partiyasının lideri dələduzluq və vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur. Bundan başqa Liberman İsrailin Belorusdakı keçmiş səfiri Zeev Ben Aryehin yüksəlməsinə yardım etməkdə günahlandırılır.
 
Əgər keçmiş nazirin cinayətləri sübuta yetirilsə, onun karyerası təhlükə qarşısında qalacaq. Məhkəmədən qalib çıxacağı təqdirdə Liberman yenidən öz vəzifəsinə qayıda biləcək.

Qaynar.info