Ötən il vəzifəsindən azad edilən Ukraynanın keçmiş infrastruktur nazirinin Aleksandra Klitina yeni partiya yaradıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı Aleksandra partiyasını Youtube-da çimərlik geyimində paylaşdığı video vasitəsilə elan edib. Onun bu videosu qısa zamanda sosial şəbəkələrdə trend olub.
"Gerçəklər uğrunda mübarizə aparmağa qərar verdim. çünki şalvar geyinən axmaqlar ümidverici deyillər. Kişi məmurlar qadınları istismar etməyi haqlı sayırlar. Ancaq qadınlar sizdən yüz dəfə daha ağıllı və yüz dəfə daha dürüstdür", - deyə sabiq nazir müavini bildirib.
Lakin istifadəçilər şərhlərdə diqqətlərini görüntüyə verdiklərindən, keçmiş nazir müavininin nə dediyini anlamadıqlarını yazıblar.
Qeyd edək ki, Ukraynanın hakim partiyasından olan millət vəkilləri Klintinanın bu vəzifəyə yataq otağından başlayaraq gəldiyini iddia etmişdilər. O, keçən ilin noyabrında infrastruktur naziri Vladislav Kriklini tənqid etdiyi və "Onsuz daha yaxşı iş görərəm" söylədiyi səs yazıları üzə çıxandan sonra istefa vermişdi.
Camal
Şərhlər