Kazan Sovet məhkəməsi Tatarıstanın keçmiş ekologiya və təbii sərvətlər naziri, 2003-cü ildə törədilmiş sifarişli cinayətdə ittiham olunan Aqlyam Sədrəddinovu iyulun 29-dək həbs edib.
Qaynarinfo xəbər verir ki, iddiaya görə, Sədrəddinov respublikanın Buinski rayonunun rəhbəri olarkən bir şəxsin qətlini təşkil edib. Buna səbəb zərərçəkmişin fəal vətəndaş mövqeyi olub.
Sədrəddinov "Kvartal” cinayətkar qruplaşmasının üzvlərinə müraciət edib və onlar 180 min rubl qarşılığında həmin adamı evinin astanasında güllələyiblər.
Alpər