Xəbər lenti

Keçmiş papa xələfini tənqid etdi: "Rahiblər subay qalmalıdır..."
Dünya08:42 13.01.2020

Keçmiş papa xələfini tənqid etdi: "Rahiblər subay qalmalıdır..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Katolik kilsəsinin keçmiş ruhani lideri 16-cı Benedikt Papa Fransiski tənqid edib.
Qaynarinfo xəbər verir ki, o, Fransiskin "bəzi rahiblərin evlənməsinə müsbət baxma" fikrini "şeytani yalanların" təsiri kimi qiymətləndirib.
Keçmiş papanın fikirləri bölüşdüyü "Qəlbimizin ən dərinlərindən: Rahiblik, subaylıq və Katolik Kilsəsində böhran" adlı yeni kitabının bəzi hissələri Fransanın Le Fiqaro qəzetində yayımlanıb. 16-cı Benedikt rahiblərin hər cür çətinliklərə sinə gərməli olduğunu, subay qalaraq bu ənənəni güclü bir şəkildə qorumalı olduqlarını bildirib.
"Teatra bənzər addımlarla, şeytani yalanlarla və dəbdə olan yanlışlarla rahiblərin subaylıq ənənələrini ayaq altına atmayın. Həzrəti isanın rahibliyi bizə onunla bir olmağı və sahib olduqlarımızdan imtina etməyi tələb edir. Məhz bu səbəbdən rahiblər subay qalmalıdırlar. Tanrının sözü ilə dua etmək, ayinləri yerinə yetirmək və gözəl şeyləri tərk etməliyik", - deyə keçmiş papa bildirib.
Qeyd edək ki, hazırkı papa Fransisk Amazon və Afrika kimi uzaq regionlarda katoliklərin rahib əksikliyi səbəbindən kilsə ayinlərindən aylarla uzaq qaldığını, bu səbəbdən də həmin bölgələrdə rahiblərin tək qalmamaları üçün evlənmələrinə icazə verilə biləcəyini açıqlamışdı.
Camal