
Ermənistanın keçmiş polis rəisi Arman Sarkisyan Ermənistan Müdafiə nazirinin müavini təyin edilib.
Ermənistan baş nazirinin müvafiq qərarı hökumətin veb saytında yayımlanıb.
43 yaşlı Arman Sarkisyan peşəkar polisidir, 2000-ci ildə Daxili İşlər Nazirliyi məktəbini bitirib, rayon sahə müvvəkilindən rəis müavinliyinə qədər yüksəlib.
Ermənistandakı "məxməri inqilab" dan sonra, 2018-ci ilin may ayında polis rəisinin birinci müavini təyin edilib, 2019-cu ilin sentyabrında isə rəis Valeri Osipyanın istefasından sonra müvəqqəti olaraq Polis rəsi vəzifəsinin icrasına başlayıb, 2020-ci ilin martında isə bu vəzifəyə təyin edilib.
Üç ay sonra, 8 iyun tarixində vəzifəsindən azad edilib.