Pakistanın keçmiş prezidenti Pərviz Müşrrəfin həbsinə dair order ləğv edilib.
"Report" xəbər verir ki, bu haqda İslamabadın Ali Məhkəməsi qərar çıxarıb.
Ondan aprelin 27-də məhkəmə iclasında iştirak etməsi barədə iltizam alınıb. O, bu iltizamı pozarsa, onda order yenidən qüvvəyə minəcək.
Xatırladaq ki, Pərviz Müşərrəf 2007-ci ildə qətlə yetirilimiş din xadimi Abdulla Raşid Qazinin qətli ilə bağlı keçirilən məhkəmə iclasına getmədiyi üçün barəsində həbs qərarıı çıxarılmışdı.
Qaynar.info