Xəbər lenti

Keçmiş prezident oğlunun 11 milyon dolları özünə qaytarıldı
Dünya14:10 06.03.2017

Keçmiş prezident oğlunun 11 milyon dolları özünə qaytarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlu Aleksandrın milyonlarla dollar pulu üzərindən həbs götürülüb.
"Qaynar" cebhe.info xəbər verir ki, Kiyev Peçerski Məhkəməsi 11 milyon 500 min dollar ekvivalentindəki 312 milyon 490 min qrivenlə bağlı qərar verib. Qərara əsasən sabiq prezidentin oğlunun Beynəlxalq İnvestisiya Bankındakı hesabında olan pulu üzərindən həbs götürülüb. 
Xatırladaq ki, bu ilin 25 yanvarında bank hesabı üzərində həbs qoyulması qərarına səbəb kimi vəsaitin cinayət işinin predmeti olması göstərilmişdi. Məhkəmə belə hesab etmişdi ki, vəsaitin real istifadəçisi və sahibi əslində Aleksandr Yanukoviçdir. Vəsaitin dondurulması barədə qərarın qəbulunda Ukraynanın Maliyyə Monitorinqi Dövlət Xidmətinin müraciəti əsas olmuşdu. 
Ukrayna prokurorunun müavini Yevgeni Yeninin sözlərinə görə, sabiq prezidentin oğlunun pulunu dövlət büdcəsinə qaytarmaq çox çətin olacaq: “Latviyada yay aylarında 50 milyon dollar aşkarlanmışdı. Yanukoviçin oğlunun pullarını da büdcəyə qaytarmaq çətin prosesdir və buna illər tələb olunacaq”. 
Qaynar.Az