Xəbər lenti

Keçmiş prezident:
Dünya 09:36 13.10.2024

Keçmiş prezident: "Qərbin Ukraynaya yardım resursları tükənir"

Finlandiyanın keçmiş prezidenti Sauli Niinisto deyib ki, Ukraynada nə münaqişənin hərbi yolla həlli, nə də sülhün əldə olunması hələlik göz önündə deyil və Qərbin ona yardım resursları getdikcə azalır. 

Qaynarinfo bu barədə "Yle" qəzetinə istinadən xəbər verir.

Siyasətçi qeyd edib ki, Qərbin Ukraynaya dəstəyi genişmiqyaslı olub, lakin yardım resursları tükənmək üzrədir. Onun sözlərinə görə, Rusiya Ukraynada istifadə etdiyindən daha çox silah istehsal edir. Niinisto bunu Rusiya Federasiyasının öz hərbi qüdrətini artırmağa yönəldiyinin əlaməti adlandırıb.

Finlandiyanın eks-prezidenti Ukraynanın yalnız Kiyevin nəzarətində olan ərazilər üçün NATO himayəsi və üzvlüyünü ala biləcəyi fikrini də şərh edib.

"Məqsəd döyüşlərə son qoymaqdır, hətta Rusiya Ukrayna ərazisinin bir hissəsini işğal etməkdə davam etsə belə, NATO sərhədinin respublika ərazisindən çəkilməsi Rusiya Federasiyası ilə Qərb arasında uzunmüddətli gərginliyə səbəb olacaq", deyə Niinisto bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->