Xəbər lenti

Keçmiş prezidentin ölümündəki sirli qadın - VİDEO
Dünya05:45 30.03.2016

Keçmiş prezidentin ölümündəki sirli qadın - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

1963-cü ildə baş vermiş Con Kennedi sui-qəsdi ilə bağlı sirli qalan məqamlardan biri də hadisə yerində olan yaşlı qadındır.

Qaynar.info axar.az-a istinadən bildirir ki, bu sözlər Youtube sosial şəbəkəsinə yerləşdirilmiş "Hələ də sirli qalan 7 sirli hadisə" adlı videodandır. Sözügedən videoda Con Kennedi cinayətindəki sirli məqamdan da danışılır:

"Bu yaşlı qadının hadisə baş verən zaman orada foto çəkdiyi güman olunur. Məsələnin sirli qalan tərəfi isə Kennedi vurulan zaman həmin qadının digər insanlardan fərqli olaraq öz sakitliyini qorumasıdır. Sui-qəsdi araşdırmaq üçün qurulmuş birliklər o xanımın kimliyi ilə bağlı araşdırmalar aparsalar da, heç bir nəticə əldə edə bilməyiblər".

Videoda həmçinin Huk adası əjdahası kimi tanınan qəribə olaydan da bəhs olunur:

"1924-cü ildə çəkilən bir fotoda Huk adasının sularında qəribə bir canlı görünür. Hadisədən 100 ilə yaxın vaxt keçsə də, hələ də bu canlının cinsi və növü ilə bağlı heç bir məlumat əldə olunmayıb. Fotonu çəkən şəxs və onun arvadı həmin canlının ətrafa hücum etdiyini və bir anda gözdən itdiyini bildiriblər".

Daha 5 sirli hadisə haqda videoda:

Qaynar.info