
ABŞ-ın Arizona ştatının senatoru Con Makkeyn gözündəki problemə görə əməliyyat ediləndən sonra beynindən şiş aşkar edilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, gözündə yığılan laxta qan kütləsi götürülən zaman bu kütləyə bağlı şiş aşkarlanıb. Makkeyn ailəsi kimyaterapiya, radiasiya da daxil olmaqla mümkün müalicə metodlarını dəyərləndirdiklərini açıqlayıb. Vaxtını Arizonadakı evində ailəsi ilə birlikdə keçirən senatora prezident Donald Tramp öz dua və dəstəyini göndərib.
Qeyd edək ki, senator 2008-ci ildə prezident seçkilərində namizəd olub və son dövrlərdə prezident Donald Trampı tez-tez tənqid etməsilə diqqəti cəlb edir.
Gülşən
Qaynarinfo.Az