Xəbər lenti

Keçmiş "first lady" ərinə görə müsahibəsini yarımçıq qoydu
Dünya11:58 02.04.2013

Keçmiş "first lady" ərinə görə müsahibəsini yarımçıq qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həyat yoldaşı Karla Bruni yeni albomunun təqdimat mərasimi üçün "France 2" kanalına verdiyi müsahibəni yarımçıq tərk edib.

Karla Brunu həyat yoldaşı Nikola Sarkoziylə bağlı korrupsiya iddiaları haqda suala hirslənib. Aparıcının sualına "Həyat yoldaşım söyləməli olduğu nə vardısa, söylədi. Yeni bir şey soruşmaq istəyirsinizsə, özündən soruşun. Mən nə deməyiləmsə, dedim" deyərək studiyanı tərk edib.

Qeyd edək ki, Sarkozi haqqında "Loreal"ın sahibi Lilian Betenkurtdan qanunsuz yolla dəstək almaqda ittiham edilir. Keçmiş prezidentin haqqında istintaq başlayıb.

Qaynar.info