Xəbər lenti

Keçmiş səfir ABŞ-ın İrana verdiyi mesajı açıqladı
Dünya 20:25 04.02.2024

Keçmiş səfir ABŞ-ın İrana verdiyi mesajı açıqladı

ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volker deyib ki, Co Bayden administrasiyası Yaxın Şərqə zərbələr endirməklə İrana konkret siqnal verib. Lakin o, İran ərazisinə hücumları istisna edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.

"Mən şübhələnirəm ki, administrasiyanın İrana zərbə endirməməklə etməyə çalışdığı şey İrana mesaj verməkdir: Xüsusilə də seçki ilində bizə vətənimizə hücum etməyin", deyə Volker bildirib.

Onun sözlərinə görə, Ağ Ev mesaj göndərməyə çalışır ki, əgər İranın müvəkkil qüvvələri xaricdəki ABŞ qoşunlarını hədəfə alırsa, Vaşinqton Tehranın xaricdəki etibarlı qüvvələrini hədəfə alacaq.

"Dayan, bir daha bunu etmə", deyə Volker qeyd edib.

Yanvarın 28-nə keçən gecə pilotsuz təyyarə Suriya və İordaniya sərhədində yerləşən ABŞ hərbi bazasına hücum edib. CNN xəbər verir ki, Qəzza zolağında münaqişə başlayandan bəri ilk dəfə ABŞ silahlı qüvvələri düşmənin atəşindən sonra şəxsi heyət itkisinə məruz qalıb.

Buna cavab olaraq ABŞ qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onun İraq və Suriyadakı qüvvələrinə məxsus 85-dən çox hədəfə zərbələr endirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->