Moskva bölgəsinin Odintsovo şəhərində onlarla miqrantın iştirakı ilə kütləvi dava baş verib.
Qaynarinfo Ren TV-yə istinadla xəbər verir ki, hadisələr Odinburq yaşayış kompleksinin ərazisində baş verib. Keçmiş SSRİ respublikalarından, habelə Rusiyanın cənub bölgələrindən gələn mühacirlər qanunsuz hərəkətlərdə iştirak ediblər.
Şahidlərin dediyinə görə, törədilən davada iştirak edənlərdən bəziləri bıçaqla silahlanmış olub.
Münaqişənin bu qədər böyük miqyasa gəlməsinə nəyin səbəb olmasıyla bağlı hələlik heç bir məlumat yoxdur. Araşdırma aparılır.
Alpər
<iframe src="https://ren.tv/player/video/embed/865805#autoplay=1;" width="560" height="315" frameborder="0" allowfullscreen="">