Xəbər lenti

Keçmiş SSRİ ölkələri arasında COVİD ölüm sayına görə reytinq tərtib edildi
Dünya12:15 11.11.2021

Keçmiş SSRİ ölkələri arasında COVİD ölüm sayına görə reytinq tərtib edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya 100 min nəfərə düşən koronavirusdan ölüm göstəricilərinə görə keçmiş SSRİ ölkələri arasında səkkizinci yerdə qərarlaşıb. 
Qaynarinfo "Sputnik Qırğızıstan”a istinadla xəbər verir ki, bu siyahıya hər 100 min nəfərə 312, 284 və 220,9 ölüm faktının qeydə alındığı Moldova, Gürcüstan və Ermənistan başçılıq edir, Tacikistan (1,2 hal) və tanınmamış Cənubi Osetiya Respublikası siyahının son sırasında yer alır.
Hər 100 min nəfərə koronavirusdan 164,9 ölümlə Rusiyanın birbaşa qarşısında, bu rəqəmin 184 olduğu Latviya dayanır. Digər Baltikyanı respublikalarda: Litva və Estoniyada müvafiq olaraq 185,2 və 121,9 nəfərdir.
Gündəlik koronavirus hadisələrinin sayının sabitləşməsinə baxmayaraq, Rusiya hər gün COVID-19-dan ölüm hallarının kədərli rekordunu yeniləyir. Noyabrın 10-da bu rəqəm yenidən 1,2 mini keçərək 1239 nəfərə çatıb.
Alpər