Xəbər lenti

Keçmiş striptizçi şahzadəni çılpaq fotolarını dərc etməklə hədələyir
Dünya 17:47 06.03.2024

Keçmiş striptizçi şahzadəni çılpaq fotolarını dərc etməklə hədələyir

Keçmiş striptizçi Kerri Royale Britanita şahzadəsi Harrinin çılpaq fotolarını dərc etməklə hədələyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun" yazıb.

Sasseks hersoqu 2012-ci ildə Las-Veqasda ziyafət təşkil etmişdi. O zaman şahzadə Harri bir neçə qızla gecələyib. Bundan sonra Britaniyanın "The Sun" qəzeti kral ailəsinin o vaxtkı 27 yaşlı üzvünün yarıçılpaq qadının qucağında poza verdiyi fotonu dərc edib. 

İndi Karri Royale Harrinin daha əvvəl heç kimin görmədiyi başqa şəkillərinin olduğunu iddia edir. Keçmiş striptizçi şahzadəyə əsəbiləşdiyi üçün onları "OnlyFans" səhifəsində yerləşdirmək istəyir.

"Onun kitabında mənim adım çəkilmədiyinə görə bir az qəzəbləndim. Demək istəyirəm ki, o, həmin gecə haqqında danışanda çox şey buraxıb. Mən təəccüblənirəm ki, o, kiminsə adını xatırlayır, çünki kifayət qədər sərxoş idi. Fikrimcə, aramızda baş verən bir neçə şey haqqında danışa bilərdi amma bunundan tamamilə qaçdı", deyə Kerri Royale bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->