Xəbər lenti

Kelloq:
Dünya 10:22 30.05.2025

Kelloq: "Tramp Rusiyanın ağılsızlıq səviyyəsindən məyus olub"

"ABŞ Prezidenti Donald Tramp "Ukraynadakı sülh danışıqları prosesində Rusiyanın ağılsızlıq səviyyəsindən məyus olub".

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq ABC News-a verdiyi müsahibədə bildirib.

General qeyd edib ki, Moskva hələ də Ukrayna tərəfinə vəd etdiyi memorandumu təqdim etməyib. Bu isə danışıqların davam etdirilməsi üçün əlavə risklər yaradır.

Rusiya prezidenti Vladimir Putin Tramp ilə söhbəti zamanı həftə ərzində müharibənin nizamlanması ilə bağlı təkliflərini təqdim edəcəyinə söz versə də, nə ABŞ, nə də Ukrayna tərəfi həmin sənədləri alıb.

"Mən Ukrayna Prezidentinin Ofisinin rəhbəri (Andrey Yermak) ilə danışdım və ondan bu sənədi görüb-görmədiyini soruşdum – o dedi ki, ümumiyyətlə belə bir sənəd görməyib... Eyni zamanda, onu Ukraynanın danışıqlar üzrə nümayəndəsi (müdafiə naziri) Umerov da almayıb", – deyə Kelloq vurğulayıb.

Tramp qeyd edib ki, Ukrayna 2 iyunda İstanbulda keçirilməsi planlaşdırılan danışıqlardan imtina edə bilər, çünki vəd edilən memorandum təqdim olunmayıb.

Kelloq əlavə edib ki, Tramp işğal olunmuş ərazilərin gələcək statusunun müzakirəsi üçün əsas ola biləcək bir sıra təşəbbüslərlə çıxış edib, lakin Rusiyanın buna cavab verməməsi və bu təkliflərin zəif dəstəklənməsi onu məyus edib. General deyib:

"Düşünürəm, onun məyusluğu ondadır ki, o, bir sıra məntiqli təkliflər irəli sürdü və konstruktiv müzakirəyə başlamağa çalışdı. Amma əvəzində o, məni də çox narahat edən bir ağılsızlıq səviyyəsi ilə üzləşdi".

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->