Xəbər lenti

Kəmaləddin Heydərov onu himayəyə götürdü - (FOTO, VİDEO)
Ölkə10:14 07.07.2014

Kəmaləddin Heydərov onu himayəyə götürdü - (FOTO, VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnterneti dolaşan üzü xallı adam haqqında reportaj

“Qabaqda mağazanın yanından sağa dönərsiniz, sonra da sola. Kimdən soruşsanız, evini göstərəcəklər. Adı Coşqundur…”.

Beləcəsoruşa-soruşa, axır ki, son iki həftənin trendinə çevrilmiş adamıtapdıq. Evdəkilər başımıza yığıldı. Xoş xəbərlə gəlmişik deyərkən, biziqabaqlayıb, “xəbərimiz var”, – dedilər.

BİR FOTONUN İZİ İLƏ…

“Biraz şok vəziyyətinə düşdüm”, – internetdə haqqında gedən xəbərlərüzüxallı adamı – Coşqun Allahverdiyevi lap çaş-baş salıb. Ailəsinin də,özünün də başında sual dolaşır ki, axı bu necə oldu?

Düz bir ilöncə fotoqraf Famil Mahmudbəylinin obyektivinə düşən bu ailə birdən-birəsosial şəbəkə və online veb səhifələrini dolaşmağa başladı. Səs-sorağı oqədər yayıldı ki, Coşqunun müalicəsini düşünənlər də tapıldı. İndibütün “facebook” əhli onu əliçıraqlı axtarır...

Coşqun Allahveridyev: “Özüm xəcalət çəkdim ki, məni bu qədər axtarıblar. Biri deyir “NZS”də qalır, biri deyir Yasamalda...”.

“Facebook”dakisəhifələrdə onun axtarıldığını paylaşınca, azı, 400 adam şərh yazır vəonu harda gördüklərini bölüşürdü. “Qafqazinfo”nun xəbərinə görə,“Azadlıq” radiosu ən çox hallanan ünvanları arayıb, Coşqunu tapıb. Onaxoş bir müjdə var deyə, axı Gömrük Xəstəxanası onun müalicəsini özüzərinə götürdüyünü bildirmişdi.

NAZİRİN GÖSTƏRİŞİ

Coşqun Allahverdiyevin anası Zemfira xanım xəbəri eşitdikləri günü belə xatırlayır:

«Zəng-zəngüstündən gəlir, o deyir, bu deyir… Bir də gördüm bir maşın gəldi vəiçindəki adam – «Xala, biz Coşqunu axtarırıq» – dedi. Söhbətləşəndəməlum oldu ki, bəs, bir jurnalist onu verib internetə. Mən də nə bilirəminternet nədir? Bu yaşımda internet görməmişəm. Dedi ki, sizi GömrükXəstəxanasına çağırırıq. Nazir Kəmaləddin Heydərovun göstərişi olub ki,gedin gətirin, müalicəsi ilə bağlı».

Coşqun Allahverdiyevin anasıGömrük Xəstəxanasına getdiklərini deyir. Amma məlum olub ki, indiyədəkCoşqun Allahverdiyev 2 dəfə əməliyyat olunub. Daha bir əməliyyat onunsonu ola bilər:

«Mən Coşqunu Moskvaya, Soçiyə, Tbilisiyəaparmışam. İki dəfə Qələndər həkim öz hesabına əməliyyat edib. Dövlətdənheç bir şikayətimiz yoxdur. Gözü də əməliyyat olunub. SəhiyyəNazirliyinin köməyi dəyib. Hara getmişik, üzümüzə qapı bağlayanolmayıb».

ÖMÜRLÜK YOLDAŞ

Üzündəki xal doğulandan bəri Coşqun Allahverdiyevin ömür yoldaşıdır. Tibbi dildə «şişən katarakta» adlanır...

«Rəşad,Mehman, Natiq, Elşad, Hümmət, Coşqun... Hə, 6-cı uşaqdır. Olandaistəmədilər saxlasınlar. Dedim yox, Allah-tala verib, mən uşağı atmaram.Saxlayan Allahdır, mən kiməm ki? Saxlayıram, arvadı, bir uşağı da var»,– Zemfira Allahverdiyeva bunları deyib, Coşqunu necə evləndirdiklərini bölüşür:

«İki dəfə evlənmişdi, oturmadılar. Biri özü istəmədi,ikincisi də gəldi toy vaxtı – toyxana tutmuşduq, – xalası qoymadı,götürdü apardı. 3-cü dəfə də toy etmişəm. Coşqun həmişə deyirdi ki, obiri oğlanların qəşəngdi, onlara toy edirsən, mənə etmirsən. Mən onundərdindən ona toy etmişəm. Ki, qoy onun da qəlbi qırılmasın».

İndən belə müalicəsinin mümkünsüz olduğunu bilsə də, Coşqun Allahverdiyev ruhdan düşməyib:

«Ruhdanda düşmədim, qoymadılar düşməyə. Dedilər, get qabağa. Dostlaritələdilər qabağa ki, axır bir nazir, bir dövlət adamı sənə köməkedəcək. Bir ürəyi ağrıyan olacaq».

12 İLLİK EV NÖVBƏSİ

1-ci qrup əlil Coşqun Allahverdiyev 12 ildir ev növbəsindədir. Müalicəyə yox, evə ehtiyacı olduğunu deyir.

Ailəsiilə qaldığı bir otağı göstərib, – «Bura mənim evimdir», – deyir. Otaqdabir paltar dolabı, bir çarpayı, bir masa və bir uşaq beşiyi var. O,sonuncu təmirin nə vaxt olduğunu belə xatırlamır:

«Subaylığımda da bu evdə olmuşam... Ailəmlə də bu evdə yaşayıram».

«Yabəxtə-bəxt» deyib onu tapmağa getdiyimizdən nə  həyat yoldaşını gördük,nə də uşağını. Həyat yoldaşı paylaşımlarda vəfalı və fədakar qadınadını qazanmışdı:

«Ailəmdən narazılığım yoxdur. Mehribançılıqdır.Rahatlığım, geniş yerim olsa, yaşamaq da asanlaşar. Hər tərəfdənköməyim, işim də olsa, yaxşıdır. İki dəfə ailəm olub, oturmayıblar, indibu bəyənib, oturmuşuq. Hökumət mənə kömək edib, mənə hər cür yardımınıəsirgəməyib. Şikayətim yoxdur. Minnətdaram ki, nazir görüb, həttamaraqlanıb. Baş əyirəm o insanın qarşısında».

Anası onu hamıdan qorumaq istəyir ki, qəlbi qırılmasın. Amma sosial şəbəkələrdəki yüzlərlə insandan qoruya bilməyib.

– Əsas sizi incidən nə oldu bu paylaşımlarda?

–Bəziləri artıq-əskik şeylər yazdı. Adamlar da var ki, fikrimi tutabilmirlər. Mənim nə istədiyimi tuta bilmirlər. İndi şəklim internetdəyayılıb, o insanlar bilmir mən nə istəyirəm. Yaxınlar bilir nəistədiyimi. Bəziləri lazımsız sözlər yazır, o mənə pis təsir edir...».

GÜLÜŞ USTASI...

Uşaqlıqdanbəri arzusu kino aktyoru olmaqdı. Sən demə, onunla 1982-ci ildəxaricdən maraqlanıblar da. Amma ailəsi icazə verməyib.

«Aktyorlar,müğənnilər səhnəyə çıxanda, televizordan baxanda elə bilirəm ki, oaktyor mənə güc verir. Az qalıram gedəm o rolu mən oynayım, beləcə,insanların diqqətini çəkəm».

– Hansı rolu oynamaq istərdiniz? Yəni çox sevdiyiniz rol hansıdır?

– Gülüş Ustası rolu.

İnsanları güldürmək istəyən insan. O, bəzən zarafatsız da bunu bacarır. Nə qədər  kədərli səslənsə də…

«Bəzənsizin yaşda qızlar məni görüncə «vaaay» deyib qışqırırlar. Niyəqışqırırsınız, axı? Bir də görürsən, – ya yaşlı, ya cavan, ya da uşaqolsun, – zarafatlaşırlar... Mən də, – üzr istəyirəm, – pis sözlərdeyirəm. Özüm də utanıram ki, insan nə qədər söyüş söyər».

– Bəs o insanlara nə arzulayardınız?

–O insanlara deyirəm ki, qoy Allahı bilsin, özü bilsin. Qoy Allahınqarşısında öz cəzasını alsın. Ancaq elələri olub ki, gözüm görə-görəgülüb mənə. Bir dəfə, – neçə il əvvəlin sözüdür, – Səhiyyə Nazirliyinəmüalicə üçün müraciət etməyə gedirdim. Yolda təxminən 55 yaşlı bir qadınməni görüb o ki var güldü. Dedim, xala, gülürsən, gül ürəkdən... Ammasənə 6 ay vaxt qoyuram, 6 aya elə günə düşəcəksən ki, dizin-dizinsürünəcəksən. Üstündən 1-2 il keçdi. Müalicə ilə bağlı xəstəxanayagedəndə, həmin qadınla rastlaşdım. Üzdən tanımasam da, səsindən tanıdım oadamı. Gəldi ki qardaş bağışla, qələt etmişəm. O vaxt mən ailəmləgetdim, yol qəzasına düşdüm.  Dedi bağışla, dedim, keçmirəm mən».

«ALLAH BİZİMLƏDİR…»

Üzündəxal olsa da, öz gülüşünü sezmək elə də çətin deyil. O, insanlaragülmür. Onu güldürən, həyatına rəng qatan 2 yaşlı oğludur:

«Mənhəyatda əziyyət çəkmişəm, qoy mənim balam əziyyət çəkməsin. Heç kəsdənnarazılığım yoxdur. İstədiyim budur ki, bu uşağımın bir sənəti olsun.Yəni Famil kimi, sənin kimi jurnalist olsun.

Onlara sağlıqarzulayıb ayrılarkən, Zemfira Allahverdiyeva vəfat etmiş yoldaşının əlişini göstərir. Evin üzərində ulduzlar oyulub, bir də almanca bu yazı:

«Allah bizimlədir...».

Bu fikrin almanca yazılmasını Zemfira Allahverdiyeva yoldaşının bu dilə sevgisi ilə izah edir.

//azadliq.org