
Bu gün Qaynar.info-ya Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının direktoru işləmiş, bir müddət əvvəl işdən azad edilən İsa Veyisovun oğlu Kənan Veyisovla bağlı ilginc məlumat daxil olub.
Məlumata görə, Kənan Veyisov bu işlərdə atasına kömək edərək onun qanunsuz apardığı tələbə qəbullarında birbaşa iştirakçı olub.
Belə ki, DSMF-nun Binəqədi rayonunda işləyən Kənan Veyisov öz müştərilərini həm də atasının müştərisi edib. Ona inanan insanlar da Kənanın atasından “diplom” almaq istəyiblər. Amma İsa Veyisov bir müddət əvvəl işdən çıxarıldığından Kənan hazırda 5-ci kursu bitirmiş belə “məzun”lardan 70 nəfərinə “diplom” verə bilməyib və onların arasında oğlunun atası ilə tanış etdiyi insanlar da var.
Bildirilir ki, onlar ara-sıra Kənan Veyisovu narahat etsələr də, hələ də radikal addım atmır, səbrlə nələrin olacağını gözləyirlər. Amma burada bir sual ortaya çıxır: Kənan İsa oğlu Veyisov kimdir – DSMF-nun işçisi, yoxsa “diplom” satmış mağazanın bir üzvü? Hər halda düşündürücüdür.
Əldə etdiyimiz digər bir məlumata görə İsa Veyisovun Daxili İşlər orqanında çalışan oğlu da vəzifəsindən və ona etibar edilmiş dövlət etimadından istifadə edərək Ağstafa rayonunda yaşayan onlarla vətəndaşdan aldığı 5-6 min manat pul müqabilində onları “diplom”la təmin etməli imiş. Yəni bu barədə vəd verib, amma edə bilmədiyindən sonradan pulu geri qaytarıb.
Qeyd edək ki, o, bir müddət əvvəl Ağstafa Polis İdarəsində çalışıb. Qazax rayonunda maşınla adam vurduqdan sonra hansısa səbəbdən iş yeri sonradan Bakı şəhərinə dəyişdirilib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info