Xəbər lenti

Kənd sakinləri Kiyevi işğaldan necə xilas etdi? - “New York Times” yazır
Dünya06:04 28.04.2022

Kənd sakinləri Kiyevi işğaldan necə xilas etdi? - “New York Times” yazır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
New York Times” Kiyevi Rusiya işğalından xilas edən səbəblərdən biri barədə yazıb.
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, nəşr Kiyev vilayətinin şimalında yerləşən Demidov kəndində baş verən daşqının paytaxtı xilas edən səbəblərdən biri kimi göstərib.
Belə ki, İrpen çayının Kiyev su anbarına axdığı yerdəki bəndin dağılandan sonra Demidov kəndini su basıb. "New York Times” yazır ki, sakinlər bəndi qəsdən dağıdıb və kənd su altında qalıb. 
Bu isə Rusiya ordusunun Kiyevə hücumunu dayandırmağa kömək edib. Nəticədə rus tanklarının Kiyevə hücumunun qarşısını alan bataqlıq yaradıb. Bu isə Ukrayna ordusuna müdafiəni gücləndirmək üçün qiymətli vaxt verib.
Demidov sakinləri daşqının kəndə vurduğu ziyana baxmayaraq, bu əməllərindən peşiman deyillər.
Aydın