Xəbər lenti

Kənd Təsərrüfatı nazirinin müavini ailəlikcə koronavirusa yoluxdu
Dünya11:40 11.03.2020

Kənd Təsərrüfatı nazirinin müavini ailəlikcə koronavirusa yoluxdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın kənd təsərrüfatı və Ətraf mühitin qorunması nazirinin müavini Yuri Nozadzenin koronavirusa yoluxduğu təsdiqlənib.
Qaynarinfo xəbər verir ki, bu haqda nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, Nozadze ailəsi ilə birlikdə son günlərdə İtaliyadan gələn koronaviruslu bir qohumu ilə ünsiyyət qurduğu səbəbindən təcrid olunub. Həkimlər hər kəsi yoxlayandan sonra məlum olub ki, nazir müavini ilə əlaqə saxlayan həmkarlarından heç birində təhlükəli hal aşkarlanmayıb.
Hazırda Gürcüstanda ümumilikdə 23 nəfər koronavirusa yoluxub. Nozadze və ailəsinin üzvləri də onların arasındadır.
Alpər