Xəbər lenti

Kəndlilər arasında silahlı qarşıdurma: 8 ölü
Dünya10:31 17.07.2013

Kəndlilər arasında silahlı qarşıdurma: 8 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Muş vilayətinin Bulanık rayonunun Eskiyol kəndində iki ailə arasında silahlı qarşıdurma baş verib.

APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, otlaq sahəsi üstündə yaranan mübahisədə əvvəlcə bel, kərənti kimi alətlərdən istifadə olunub, daha sonra isə kəndlilər odlu silaha əl atıblar. Nəticədə 8 nəfər ölüb, 9 nəfər yaralanıb.

Kəndə jandarmalar yeridilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hazırda jandarma vəziyyətə nəzarət edir.

Qaynar.info