
Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Quşçu kəndinin əhalisi etiraz aksiyası keçirib.
APA-nın məlumatına görə, kəndin mal-qarasının örüş yeri sakinlərin xəbəri olmadan kənar adamlara satılıb və indi həmin ərazidə olan ağaclar traktorla kökündən çıxarılıb kənara atılır.
Etiraz aksiyasına toplaşan kənd sakinlərinin yeni hakimiyyətdən tələbi örüş yerini geri qaytarmaqdır. Sakinlər 50 hektar sahəyə yaxın bu ərazinin üçüncü şəxsə satıldığını bildiriblər. Onlar Marneuli rayon icra hakimiyyətinin başçısına şikayət ediblər, o isə məhkəməyə müraciət etməyi məsləhət görüb.




