Xəbər lenti

Keniyada polislə nümayişçilər arasında toqquşma - ölənlər var
Dünya17:34 23.05.2016

Keniyada polislə nümayişçilər arasında toqquşma - ölənlər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Keniyada polislə müxalifətçi nümayişçilər arasında baş verən  toqquşmalar nəticəsində 3 nəfər ölüb.

 APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, iki nəfər Siayə, daha bir nəfər isə Kisumu şəhərində ölüb.

 Bundan əvvəl paytaxt Nayrobi və Mombasa şəhərində baş verən toqquşmalarda polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su sırnaqlarından istifadə edib. Etirazçılar ölkənin Müstəqil seçki komissiyasını buraxılmasını tələb ediblər. Qeyd edək ki, Keniyada prezident seçkiləri 2017-ci ildə keçiriləcək.  

Qaynarinfo.az