Xəbər lenti

“Kəpəz” evdə böyük hesabla məğlub oldu
İdman22:59 04.09.2026

“Kəpəz” evdə böyük hesabla məğlub oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, “Kəpəz” Gəncə şəhər stadionunda “Şamaxı”nı sınağa çəkib. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra “Şamaxı" 5 xalla 5-ci, 3 xala malik “Kəpəz” isə 10-cu pillədədir.

Daha əvvəl açılış matçı Qəbələdə olub. Şəhərin eyniadlı təmsilçisi “İmişli”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 5-6-da keçiriləcək.