Xəbər lenti

İdman 14:22 04.01.2024

"Kəpəz"in sabiq baş məşqçisi köhnə klubuna qayıtdı

"Kəpəz"in sabiq baş məşqçisi Azər Məmmədov "Səbail"ə qayıdıb.
 
Qaynarinfo-nun məlumatına görə, mütəxəssis klubda baş məşqçinin köməkçisi vəzifəsində çalışacaq. Bu barədə "Səbail"dən rəsmi məlumat verilib.
 
47 yaşlı məşqçi daha əvvəl də bu klubda çalışıb. Şahin Diniyev "Səbail"ə baş məşqçi təyin olunanda Məmmədovu da özünə köməkçi götürmüşdü. Sonradan doğma şəhərini təmsil edən "Kəpəz"ə yollanan mütəxəssis bir müddət əvvəl Gəncə klubundakı postunu tərk etmişdi.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->