"Kəpəz” klubunun İdarə Heyətinin iclası keçirilib.
Qaynarinfo klubun rəsmi saytlna istinadən xəbər verir ki, İdarə Heyətinin sədri, üzvləri və baş məşqçi Adil Şükürovun iştirak etdiyi görüşdə komandanın Premyer Liqanın ilk üç turunda göstərdiyi nəticələr müzakirə olunub.
Klub rəhbərliyi kollektivin hər üç matçda məğlub olmasından narahatlığını ifadə edib. Baş məşqçinin qarşısına növbəti üç tur ərzində komandanı toparlamaq və xalların bərpa olunması hədəfi qoyulub.
Bundan əlavə, Erkin İbrahimov şəxsi vəziyyəti ilə əlaqədar klubun işlərinə tam köklənə bilmədiyini və İdarə Heyətinin üzvlüyündən ayrılmaq istədiyini təkrar açıqlayıb.
Müraciəti qəbul olunub, Erkin İbrahimov İdarə Heyətinin üzvülüyündən çıxarılıb.
Digər struktur dəyişiklikləri barədə isə yaxın günlərdə məlumat veriləcək.
Şərhlər