Xəbər lenti

"Kəpəz" "Səbail"lə heç-heçəyə razılaşdı
İdman18:07 30.03.2025

"Kəpəz" "Səbail"lə heç-heçəyə razılaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasının XXVIII turunda "Kəpəz" "Səbail"lə qarşılaşıb.
"Report"un məlumatına görə, Tovuz şəhər stadionunda keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Görüşdə hesabı gəncəlilər açıb. Fasiləyə dörd dəqiqə qalmış Şevroni Mabatşoev fərqlənib. "Dənizçilər"i məğlubiyyətdən xilas edən qol isə 68-ci dəqiqədə vurulub. Dmitro Litvin baş zərbəsi ilə hesaba tarazlıq gətirib.
Qərb təmsilçisi 24 xalla doqquzuncu, Bakı klubu 19 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. "Neftçi" - "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" - "Sabah" (3:3) oyunlarında qalib müəyyənləşməyib.