Xəbər lenti

Kepler kosmik teleskopu ömrünü başa vurur
Dünya06:36 08.07.2018

Kepler kosmik teleskopu ömrünü başa vurur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NASA-nın Kepler kosmik teleskopu ömrünü başa vurmaq üzrədir.
Qaynarinfo Gizmodo-ya istinadən xəbər verir ki, 2009-cu ildə fəaliyyətə başlayan teleskop barədə NASA açıqlama yayıb. Bildirilir ki, Keplerin yanacağı kifayət qədər azalıb və bundan sonra fəaliyyətini davam edə bilməyəcək. Teleskop 2013-cü ildən bəri texniki problemlərlə üzləşib. 
600 milyon dollara başa gələn Kepler gələn ay əldə etdiyi son informasiyaları Yerə göndərəcək, növbəti aylarda isə fəaliyyətini tamamilə dayandıracaq. 
Teleskop bu günə qədər 2244 planet namizədi göy cismi, 2327 təsdiq edilmiş planet kəşf edib. 
Gülşən