İraqın paytaxtı Bağdadın cənub-qərbində yerləşən Kərbəla şəhərinin meri Abir Səlim əl-Xəfəci 10 avqust çərşənbə axşamı günü qətlə yetirilib. O, sinəsindən üç güllə alıb.
Qaynarinfo İraq Xəbər Agentliyinin məlumatına istinadən xəbər verir ki, Əl-Xəfəci təhlükəsizlik qüvvələrinin müşayiət etdiyi bələdiyyə kampaniyasına nəzarət edərkən Əl-Məmci bölgəsindəki pozuntuların qarşısını aldığı vaxt silahlılar tərəfindən öldürülüb.
Daha əvvəl təhlükəsizlik orqanındakı mənbə Əl-Xəfəcinin sui-istifadə hallarının aradan qaldırılmasına qarşı çıxan şəxslər tərəfindən iki bələdiyyə məmuru ilə birlikdə vurularaq öldürüldüyünü bildirmiş və atışmanın Əl-Zəhra rayonunda yerləşən Əl-Safva Kollecinin yaxınlığındakı Əl-Xur küçəsində, yaşayış massivində baş verdiyini bildirmişdi..
2019-cu ilin oktyabrında İraqda xalq etirazlarının qiyamından bəri 70-dən çox fəal öldürülüb və onlarla adam qaçırılıb.
Alpər