Xəbər lenti

Kərbəla və Nəcəfdə Türkiyənin viza verən mərkəzləri bağlandı
Dünya07:17 21.07.2022

Kərbəla və Nəcəfdə Türkiyənin viza verən mərkəzləri bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kərbəla və Nəcəf şəhərlərinin bir qrup sakini küçələrə çıxaraq Türkiyə hökumətinin viza verən mərkəzinin işini iflic edib.
Qaynarinfo bu barədə ISNA agentliyinə istinadən xəbər verir.
Dünən İraq mənbələri Türkiyə ordusunun İraqın şimalına artilleriya hücumu zamanı 8 nəfərin öldüyü, 26 nəfərin yaralandığı barədə məlumat yayıb.
Lakin Türkiyə hakimiyyəti mülki şəxslərə hücumu qəti şəkildə təkzib edərək, hücumun səbəbkarı kimi PKK və bu terror təşkilatına dəstək verən qrupları göstərib.
M.Arif