Ötən gün Kerç boğazında yanan 2 gəmidə həyatını itirənlərin sayı artıb.
Qaynarinfo xəbər verir ki, boğazdakı beynəlxalq sularda hərəkət edən və Tanzaniya bayrağı ilə üzən gəmilərdən birində yanacaq transferi zamanı partlayış baş vermişdi. Daha sonra başlayan yanğında ölənlərin sayı 14 nəfərə çatıb, 6 nəfər itkindir.
Qeyd edək ki, 2 gəmidə Türkiyə, Hindistan və Rusiyadan ekipaj üzvləri olub.
Gülşən