
Kərəm Həsənov və ətrafının vəzifə yüksəlişləri, özəlləşdirmədəkı rüşvət “mexanizmləri”, varidatları ilə bağlı sensasiyalı məlumatlar
Azərbaycanda 1996-ci ildən başlayaraq həyata keçirilən özəlləşdirmə prosesində baş verən fırıldaqlar, cinayətlərlə bağlı mətbuatda çox yazılıb.
Ancaq ötən illərdə Əmlak Məsələləri Dövlət Komitəsində söz sahibi olan şəxslərin, o cümlədən indiki rəhbərliyin bu prosesə necə qatılmaları, aşkar və gizli olaraq nələri ələ keçirmələri, hansı qanunsuzluqlarda, hətta cinayətlərdə iştirak etmələri detallı olaraq açıqlanmayıb.
Qaynar.info xəbər verir ki, “azpolitika.info” saytı bununla bağlı sözün həqiqi mənasında sensasiyalı məlumatlar, faktlar dərc edib. Sayta təqdim olunan materiallarda Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyinə gəlmiş-getmiş, demək olar ki, bütün şəxslərin bu illər ərzində hansı qanunsuzluqlarda, cinayətlərdə iştirak etdiyi, nələrə sahib olduğu və sairlə bağlı geniş dosyelər var. Bundan əlavə ƏMDK-da, onun tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin istər Bakı Şəhər Ərazi İdarəsində, istərsə də digər rayon və şəhər ərazi idarələrindəki qanunsuzluq, korrupsiya, rüşvətxorluq faktlarına dair geniş məlumatlar təqdim edilib. Bu materialları sayta hissə-hissə dərc etməyə başlayıb. Ümid edirik ki, aidiyyatı qurumlar bu faktları araşdıraraq hüquqi qiymət verəcək.
10 milyonlarla manat rüşvət yığılan qurumda 6 ayda 2 korrupsiya faktı aşkarlanıb…
Mətləbəkeçməzdən öncə qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya QarşıMübarizə İdarəsi tərəfindən verilən məlumata görə, 2014-cü ilin birinciyarımilliyində ƏMDK-nın strukturlarındakı korrupsiya və rüşvətxorluqfaktına görə cəmi 2 cinayət işi açılıb. Ancaq yerlərdən gələn məlumatlargöstərir ki, ƏMDK-nın strukturlarında, xüsusən Daşınmaz Əmlakın DövlətReyestr Xidmətində və onun ərazi idarələriində baş verən korrupsiya,rüşvətxorluq hallarının sayı-hesabı yoxdur. Mətbuatda,televiziyada bununla bağlı demək olar ki, hər gün vətəndaşlarınşikayətlərinə rast gəlinir. Hətta son illər Əmlak Komitəsindəkikorrupsiya və qanunsuzluqlar beynəlxalq təşkilatların hesabatlarına belədüşməyə başlayıb. Bu çür geniş miqyaslı qanunsuzluqların başverməsi təbii ki, ƏMDK-nın rəhbərliyinin, o cümlədən sədr KərəmHəsənovun, müavinləri Rafiq Cəlilovun və Rüstəm Şahbazovun dafəaliyyətini diqqət mərkəzinə gətirir. Onların ƏMDK-nın strukturlarında,o cümlədən Rafiq Cəlilovun birbaşa nəzarətində olan Daşınmaz ƏmlakınDövlət Reyestr Xidmətinin ərazi idarələrində yığılan milyonlarla manatrüşvətdən xəbərləri yoxdurmu? İnandırıcı deyil…
Hər halda son illər Kərəm Həsənovun ölkənin ən güclü oliqarxlarındanbirinə çevrilməsinin, adının baş nazirliyə iddialılar sırasındaçəkilməsinin arxasında məhz onun rəhbərlik etdiyi qurumun tabeliyindəkiidarələrdə hər ay müxtəlif qanunsuz yollarla yığılan 10 milyonlarlamanat “çirkli pulların” böyük rolu olduğuna dair iddialar mövcuddur.Ancaq Kərəm Həsənovun, necə deyərlər, gününü ancaq Əmlakdan gələnpulları saymaq, “yerləşdirməklə” keçirdiyini iddia etmək də mümkündeyil. Belə ki, bu gün Kərəm Həsənovun çoxsaylı zavodlara, şirkətlərə,obyektlərə, tikinti firmalarına, 1000 hektarlarla kənd təsərrüfatıməhsulları istehsal edən ərazilərə və sair malik olduğu bildirilir. Onunadı həmçinin ölkədə, xüsusən paytaxtda aparılan söküntü-tikintiişlərində xərclənən 100 milyonlara nəzarət edən şəxslərdən biri kimiçəkilir. Bəs hazirda 46 yaşı olan, 32 yaşından özəlləşdirmə prosesinənəzarət edən Kərəm Həsənov bu imkanları necə əldə edib?
Qardaşı Rafiq Fərhad Əliyevdən Kərəm Həsənova vəzifə verməyi xahiş edir
Beləliklə, Kərəm Həsənovun şəxsi dosyesindən başlayırıq… (Qeyd edək ki, bu material Kərəm Həsənovu çox yaxından tanıyan birinin dilindən nəql olunub…)
Kərəm Həsənov 1992-ci ildən xarici təşkilatların tələbi və məsləhəti iləbütün keçmiş SSRİ respublikalarında yaradılmış formal bir qurum olanAnti-inhisar Komitəsində sıradan bir məsləhətçi işləyirdi. 90-cıillərin sonlarında o, sabiq iqtisadi inkişaf nazri Fərhad Əliyevinqardaşı, “Azpetrol” Şirkətinin rəhbəri Rafiq Əliyevlə tanış olur. KərəmHəsənovun odlu-alovlu çıxışları Rafiq Əliyevin xoşuna gəlir.
K.Həsənov vaxtaşırı uzun illərdir işlədiyi Komitədəki əməkhaqqınınazlığından, Yasamalda kirayədə yaşamasından, rayondan yardım olmasadolanışığının çətinliyindən R.Əliyevə gileylənərək, əlverişli variantolsa həmyerli kimi onun da nəzərə alınmasını xahiş edirdi.Fərhad Əliyev Dövlət Əmlak naziri təyin olunduqdan sonra R.Əliyevqardaşından K.Həsənovu məsul bir vəzifəyə təyin etməyi xahiş edir.
Qardaşının sözünü eşidən F.Əliyev K.Həsənovu qəbul edir. Onubaşdan–ayağa süzdükdən sonra ilk tapşırığını verir: “Əynindəki nimdaşpal-paltarını dəyiş, məmura yaraşan tərzdə geyin…”
Kərəm Həsənov “barmaq gətirmək” üçün göndərilən yerdən “qol gətirir”
Fərhad Əliyev bu görüşdən sonra Kərəm Həsənovu sınaqmüddətinə departament direktorunun müavini təyin etdi. Həmin müddətdə“barmaq gətirmək” üçün göndərdiyi yerdən Kərəm Həsənovun “qolgətirdiyini” müşahidə edən Fərhad Əliyev qardaşının zamin durduğu bugəncdə qeyri–adi “istedad” olduğunu görür. Kərəm Həsənovla bağlıqardaşının səhv etmədiyini, onun karyera xatirinə istənilən addımıatmağa hazır bir şəxs olduğunu başa düşür. Lakin Kərəm Həsənovdakı bu“keyfiyyətin” sonradan onun özünə qarşı da çevrilə biləcəyini nəzərəalmır…
Sınaq müddəti başa çatdıqdan sonra Fərhad Əliyev Kərəm Həsənovu Orta və İri Müəssisələrin Özəlləşdirilməsinin Təşkili Departamentinin direktoru təyin edir.Respublikada ən məsuliyyətli sahələrdən birinin etibar edildiyi vaxtdabelə bir şəxs F.Əliyev üçün çox lazım idi. O, F.Əliyevin ona olaninamından, etimadından istifadə edib digər həmyerliləri – Anti-inhisar Komitəsində işləyən Rüstəm Şahbazovu özünə müavin təyin etdirir və beləliklə “Cəlilabad triosu” yaranır…
Kərəm Həsənov özəlləşdirmədə “haqq” yığılması mexanizmini işə salır
K.Həsənov özəlləşdirməyə açıq elan olunmuş, lakin hələözəlləşdirilməmiş Bakı, Sumqayıt, Gəncə şəhərində yerləşənmüəssisələrdən aylıq, əvvəlki baş idarəsi ləğv olunmuş Komitənintabeliyində olan müəssisələrdən, müştərək müəssisələrdən, səhmlərinin 30% -i və ya daha çox hissəsi özəlləşdirilməmiş ASC-lərdən, həmçininsəhmlərinin müəyyən hissəsi özəlləşdirilmiş, lakin səhm sahibi naməlumolan ASC-lərdən rüblük “haqq” yığılması mexanizmini işə salır.
Nəzərə alsaq ki, həmin vaxt respublikada 1000-dən çox ASC, bundanxeyli çox özəlləşdirilməmiş, ancaq Komitənin tabeliyinə verilən dövlətidarə və müəssisəsi fəaliyyət göstərirdi, toplanan pulun miqdarınıtəsəvvür etmək çətin olmaz.
I Dövlət Pproqramı çərçivəsində səhmlərinin müəyyən hissəsiözəlləşdirilmiş ASC idarə heyəti sədrlərindən, səhmdarların birinciümumi yığıncağına qədər sədr təyin olunmuş əvvəlki müəssisərəhbərlərindən istənilən təsərrüfat fəaliyyəti ilə bağlı komitə ilərazılaşmaları tələb olundu. K.Həsənov hər şeydən, qarşılaşdığıbütün imkanlardan yararlanmaq istəyirdi. Tutduğu vəzifəyə görə buna naildə olurdu. Heç nəyi geri qaytarmırdı. Hətta bir müəssisə rəhbərinintaksidən onun xidməti maşınına ev şəraitində hazırlanmış meyvəmürəbbələri qoyduğunu da əməkdaşlar görmüşdü…
İxtisaslaşdırılmış çek hərraclarından qazanc götürməyin də yolunu tapır
Yalnız bir sahədə – ixtisaslaşdırılmış çek hərraclarındanəvvəllər təcrübəsiz olduğundan pay götürə bilmirdi. Lakin sonradanburdan da qazanmağın çarəsini tapdı. Dostu Rüstəm Şahbazovla birləşib,Fərhad Əliyevdən xəlvəti bəzi ASC-lərə tələbə yoldaşlarının,dostlarının, qohumlarının, yaxınlarının adına müəyyən qədər çek qoyaraqhəmin müəssisələrin 3-5 % səhmlərini ələ keçirirdilər. Sonradan isəhəmin səhmləri böyük məbləğə özlərinin saxta yolla qalib elan etdiklərinəzarət səhm sahibinə sataraq külli miqdarda qazanc götürürdülər. Təbiiki, bu qazancdan Fərhad Əliyevin xəbəri olmadığından cəmi 2 yerəbölürdülər.
K.Həsənovun özündən vəzifəcə böyüklərlə müti, vəzifəcə aşağılarlaəzazil, qaba, etikasız tərzdə danışığı, davranış və hərəkətləritabeliyindəki əməkdaşları onunla təmasdan çəkindirirdi. Bir dəfəsəfərdən qayıdarkən onun xidməti nəqliyyat vasitəsini sürətməhdudiyyətini keçdiyi üçün Qaradağ postunda saxladığına görə, YPX-ninəməkdaşını təhqir etməsi əhvalatını eşitməyən yox idi.
Hətta nazirliyin Ağdaş rayon şöbəsinin rəisi Sadiq Yunusovlakabinetdə əlbəyaxa olduğu xəbəri də bütün nazirliyə yayılmışdı. Lakinşöbə rəisi respublikanın məşhur xalq şairinin yaxın qohumu olduğu üçünonu vəzifədən azad etməyə gücü çatmadı…
Əməkdaşlar ilk gündən bu cavan oğlanın istər gənclərə, istərsə dəyaşlılara yuxarıdan aşağı baxdığını, sanki özünü DƏN-də birinci şəxshesab etdiyini müşahidə edirdilər. O, özü də müəyyən səbəblərdən adınıaçıqlamaq istəmədiyimiz, Qərb bölgəsi rayon şöbələrindən birinin rəisiilə söhbət zamanı yaxın zamanlarda bu binaya özünün rəhbərlik edəcəyinibildirmişdi. Və həqiqətən istəyinə nail oldu…
Fərhad Əliyev Kərən Həsənovu, o da dostlarını özəlləşdirmənin başına keçirir
K.Həsənovuncanfəşanlığı və fədakarlığı Fərhad Əliyev tərəfindən qiymətləndirildi.Onun təqdimatı ilə 2000-ci ildə K.Həsənov Dövlət Əmlakı Nazirininmüavini vəzifəsinə təyin olundu.
2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə İqtisadiİnkişaf Nazirliyi yaradıldı. Yeni strukturda Dövlət ƏmlakınınÖzəlləşdirilməsi Departamenti ayrıca bir komitə səlahiyyətli qurum oldu.
F.Əliyevin təqdimatı ilə onun etibarlı adamı hesab etdiyiK.Həsənov da bu departamentin direktoru təyin olundu. ƏMDK-i Sədrininhazırki müavinləri Rüstəm Şahbazov departamentin Orta və İriMüəssisələrin Özəlləşdirilməsi İdarəsinin rəisi, Rafiq Cəlilov isəYarımçıq Tikililərin Özəlləşdirilməsi Şöbəsinin rəisi təyin olundular.
Onu da qeyd edək ki, Fərhad Əliyevə Rafiq Cəlilovun da namizədliyini qardaşı Rafiq Əliyev vermişdi…
İqtisadi İnkişaf naziri işlədiyi dövrlərdə F.Əliyev həm nazirliyinƏsasnaməsinə, həm də öz şəxsi marağına uyğun olaraq, respublikadainhisarçılığa qarşı fəal mübarizə aparırdı. Bu mübarizədə F.Əliyevlə ozaman Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində işləyən KəmaləddinHeydərovun və idxal-ixracda süni inhisar yaradan digər iri ranqlıməmurların mübarizəsi tam kəskinləşmişdi.
F.Əliyev bir tərəfdən də müxtəlif dövlət və hökuməttədbirlərində iştirakı, digər tərəfdən xarici ölkələrə işgüzar səfərləriilə əlaqədar K.Həsənovun rəhbərlik etdiyi departamenti demək olar ki,nəzarətsiz buraxmışdı. Bu səhvi F.Əliyevi gözləmədiyi halda uçurumaapardı…
Kərəm Həsənov və Rafiq Cəlilovun “kotyol”dan 25 500 dollar gizlətdikləri aşkarlanır
Belə ki, 02 sentyabr 2003-cü ildə Mingəçevir şəhəri, Gəncəşossesində yerləşən Mingəçevir avtomobillərə qazdoldurma stansiyasınınyarımçıq tikilisinin, 0.64 ha torpaq sahəsinin və avadanlığınınsənədlərdə 57 milyon 330 min manata (11466 AZN və ya 14500 ABŞ dolları)satılması ortaya çıxdı. 3 vaqona yüklənmiş qazdoldurmastansiyasının avadanlığının Azərbaycan-Gürcüstan sərhəddində gömrükçülərtərəfindən qiymətinin real olmamasına görə saxlanılması Fərhad Əliyeviçıxılmaz vəziyyətdə qoydu. O vaxt Gömrük Komitəsinin sədriişləyən Kəmaləddin Heydərov bu faktla bağlı “yuxarıya” məlumat verdi.Fərhad Əliyevdən bununla bağlı izahat tələb olundu.
Sabiq nazirin araşdırmasından sonra avadanlığın faktiki 50 000 ABŞdollarına satıldığı, 14500 ABŞ dollarının manat kursu ilə departamentinBeynəlxalq Bankdakı hesabına ödənildiyi müəyyənləşdi. Bualış-verişdən “ümumi kotyol”a 10 000 ABŞ dollarının daxil olduğu, qalan25 500 ABŞ dollarının isə Kərəm Həsənovla dostu Rafiq Cəlilov arasında“itdiyi” müəyyən olundu.
Fərhad Əliyevin Kərəm Həsənova etimadı itir, onu yoxlamağa komissiya göndərir
FərhadƏliyev Kərəm Həsənovu kabinetinə çağırıb izahat tələb etdi. Onlardanbaşqa kabinetdə olan şəxsin sonralar ətrafına dediyinə görə, FərhadƏliyev K.Həsənova hər ay 20 min ABŞ dolları “paket” verdiyini, bununməgər ona bəs etmədiyini, nə üçün ona kələk gəldiyini soruşub.
Kərəm Həsənov isə bu faktı qətiyyətlə boynundan ataraq, alqı-satqımüqaviləsindən, özü imzaladığı şəhadətnamədən xəbərsiz olduğunubildirib.
Kərəm Həsənovu həmin vaxt F.Əliyev deyil, hazırda müaviniolan Rafiq Cəlilov qurtarır. Belə ki, həmin vaxt Rafiq Cəlilov “jest”edərək bu işi tək gördüyünü, K.Həsənovun bundan xəbərsiz olduğunubildirir. Sonra da qalıq məbləği “kotyol”a ödəyərək, ərizə yazıb özxahişi ilə işdən azad olunur.
Ancaq təbii ki, bu hadisədən sonra Fərhad Əliyevin Kərəm Həsənovaetimadı azalır. F.Əliyev şəxsi araşdırmadan sonra K.Həsənovun müştərəkmüəssisələrdən topladığı rüblük vəsaitlə “kotyol”a daxil olma arasındada ciddi fərq olduğunu müəyyən edir. O, K.Həsənovun rəhbərlik etdiyiDepartamentin fəaliyyətini, aylıq dövriyyənin məbləğini, vətəndaşlarınözəlləşdirmədən narazılığının səbəblərini araşdırmaq üçün İİN-ninkadrlar şöbəsinin müdiri Arif Abdullayevin rəhbərliyi ilə komissiyagöndərir.
Faiq Məlikov sonradan “şapka”sız özəlləşdirilən obyektlərdən “haqq” yığır
Yoxlamagedən vaxt K.Həsənova Departamentə gəlmək qadağan olunur. Onun tündşüşəli, qara rəngli Qaz-31 markalı xidməti avtomobili arxa qapıdanhəyətə boş gəlib, boş gedirdi. Artıq əməkdaşlar da onun fəaliyyətinindayandırıldığını güman edirdilər. Komissiya işlədiyi müddətdəvətəndaşların haqlı şikayət və tələbləri diqqətlə araşdırıldı,özəlləşdirilən obyekt, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələrindən“şapka” alınmadı.
Lakin elə burdaca bir haşiyə çıxaraq qeyd edək ki, sonradan K.Həsənov bu“şapka”sız özəlləşdirilən obyektlərdən də “haqqını” yığdı. Belə ki,onun tapşırığı ilə həmin dövrdə Bakı şəhəri üzrə Kiçik Özəlləşdirmənin Təşkili Şöbəsinin müdiri işləmiş Faiq Məlikov mülkiyyətsahiblərindən komissiyanın fəaliyyəti dövründə özəlləşdirdiyi əmlakın“şirinliyini” və ya “şapka”sını tələb edərək alırdı. Təbii ki, gətiribK.Həsənova çatdırdı. Sonralar onun bu “fədakarlığı” və “riskli” əməyiK.Həsənov tərəfindən qiymətləndirildi. Faiq Məlikov İstehsal və XidmətMüəssisələrinin İdarəetmə Mərkəzinə direktor təyin olundu.
Nə isə, qayıdaq yoxlamaya.
Yoxlamadan sonra Kərəm Həsənovun səlahiyyət çərçivəsi məhdudlaşdırılır
Yoxlamabaşa çatdıqdan – təxminən bir aydan sonra K.Həsənov yenidəndepartamentdə göründü. Lakin onun səlahiyyət çərçivəsiməhdudlaşdırılmışdı. Yeni müavin Maarif Qurbanov kiçik özəlləşdirmə,torpaq və icarəyə aid sənədləri, Rüstəm Şahbazov ASC-lərə aid və maliyyəsənədlərini, Mehman Rzayev isə investisiya müsabiqəsinə aid sənədləriimzalayırdılar. K.Həsənov əvvəllər özü imzaladığı mülkiyyət haqqındaşəhadətnamələrin təkrar alqı-satqıdan sonra M.Qurbanov tərəfindənimzalanmasına qısqanclıqla mane olurdu. Əməkdaşlar və mülk almaqarzusunda olmaq istəyən şəxslər dəfələrlə onlar arasındakı mübahisəninşahidi olmuşdular.
Bu mübahisələrin nəticəsi cəmi 6-7 ay müavin işləmiş M.Qurbanov üçün ağır nəticələndi. K.Həsənovunsifarişi və israrlı tələbi ilə M.Qurbanov Fərhad Əliyevlə birlikdəhəbsə alındı və uzun müddət həbsxanada cəza çəkməyə məhkum edildi.
Qəribə də olsa, K.Həsənovun əvvəllər imzaladığı özəlləşdirməsənədlərini eyni təlimata əsasən M.Qurbanov da imzalamağına baxmayaraq,biri komitə sədri vəzifəsində işləyir, digəri cəza çəkir!…
Digər müavin, həmin dövrdə bir neçə ayı çıxmaq şərti ilə hər ay 10 mindollar “paket” maaşı alan Rüstəm Şahbazov isə F.Əliyev tərəfindənverilən tapşırıqların icrasını bacardığı qədər vaxt uzatmaqla həlletməyə çalışırdı. Rüstəm Şahbazovun o dövr Həsənovun yanında yer almasısonradan onun I müavin təyin olunmasına gətirib çıxardı.
Fərhad Əliyev toplantıda “Kərəm Həsənov, özünü yığışdır!” deyə xəbərdarlıq edir
Yoxlamadan sonra F.Əliyevin K.Həsənova olan bütün etimadıitmişdi. O da bunu başa düşərək, F.Əliyevə düşmən münasibət bəsləyənhakimiyyətdaxili qruplaşmalarla əməkdaşlığa başlamışdı.
K.Həsənovun başqa qruplaşmaya yaxınlaşdığını eşidən F.Əliyev İİN-ninrəhbər işçiləri ilə olan toplantıda K.Həsənovu ayağa qaldıraraq, ona“özünü yığışdır” deyə yenidən xəbərdarlıq etdi. Hətta növbəti kollegiyaiclaslarının birində xüsusi ironiya ilə “dur sən danış görək nədeyəcəksən” deyib onun çıxışına qulaq asmayaraq, müavini M.Cabbarovlaucadan söhbət etdi.
Kərəm Həsənov rəqib qrupla birləşərək Fərhad Əliyevin “quyusunu” qazır
Artıqəməkdaşlar K.Həsənov erasının bitdiyini güman edirdilər. AncaqK.Həsənov gizlində görüşdüyü yaxınlarına hər şeyin yaxşı olacağını,səbrli olmalarını, bir qədər gözləmələrini tapşırdı. F.Əliyev isə onunyerini bərkitdiyini, kimə güvəndiyini başa düşmüşdü. K.Həsənov boşdayanmamışdı, F.Əliyevin “quyusunu” qazmaqla məşğuldu. Onunla bağlhazırlanan gizli dosyedə əsas şahid kimi rəqib qruplaşmanın bütüntəlimatlarını yerinə yetirirdi.
Bunun üçün F.Əliyevlə bağlı bütün bildiklərini bir qədər dəşişirdərək və siyasiləşdirərək “yuxarılara” çatdırırdı. Məsələn, həminvaxtlar F.Əliyev sahibkar Əli Evsenlə birlikdə “Elit” ticarət mərkəzininyaxınlığında, iri torpaq sahəsində yerləşən“Bakışəhərtikintimexanikləşdirmə” ASC-nin, həmçinin 1,2,3 №-li Evtikməkombinatlarının, “Bakı Dəmir Beton-8” ASC-nin və həmin ətrafda digərözəlləşdirilmiş müəssisələrin yerində yeni ailə qurmaq istəyən gənclərəsimvolik kredit faizi ilə, uzun müddətə satılmaq üçün 10-cu mikrorayonsalmaq niyyətində idi. Onun bu ideyasının K.Həsənov tərəfindən başqaformada “yuxarıya” ötürüldüyü məlum olmuşdu. Belə təqdim olunmuşdu ki,bununla F.Əliyev özü üçün siyasi kapital toplamağı düşünür…
Bundan əlavə K.Həsənov tərəfindən F.Əliyevin ona məlum olanplanları, qohum-əqrabasının, dostlarının adına özəlləşdirdiyi obyektlər,torpaq sahələri, ASC-lərdəki səhm paketləri haqqında məlumatlar həmrəqib qruplaşmaya, həm Prezident Administrasiyasına, həm də mətbuataötürüldü. Hətta F.Əliyevin əmlakının siyahısını belə hazırlayaraqmətbutda dərc etdirdi…
K. Həsənovun əsas rol aldığı bu kampaniyanın nəticəsi olaraqF.Əliyev həbs olundu. K.Həsənov üçün isə çoxdan arzuladığı, həsrətindəolduğu yeni bir yüksəliş yolu açıldı…
Həsənov Mingəçevir alverində özünü “qurban” vermiş Cəlilovu geri qaytardı
16 noyabr 2005-ci ildə Azərbaycan Respublikası PrezidentininFərmanı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsiyaradıldı. Kərəm Həsənov, axır ki, çoxdan arzuladığı, həsrətində olduğuyeni komitənin sədri təyin edildi. Və dərhal da yeni idarəetməmexanizmini işə saldı.
Əvvəlcə Mingəçevir alverində özünü “qurban” vermiş Rafiq Cəlilovu və sadiq dostu Rüstəm Şahbazovuözünə müavin təyin etdirdi. Doğrudur, əvvəlcə prezidentin fərmanı ilətəsdiqlənən Komitənin əsasnaməsində sədrin bir müavininin olması nəzərdətutulmuşdu. Ancaq K.Həsənovun xahişi ilə Komitənin əsasnaməsində edilənəlavə və dəyişiklikdən sonra iki müavin vəzifəsi oldu. Göründüyü kimi,K.Həsənov Rafiq Cəlilovu “pod atkos“ buraxsa da, onunla vaxtilə birgəgördükləri işi öz üzərinə götürdüyünü, yəni yaxşılığını yaddançıxarmadı. Əgər Mingəçevir alverində bir yerdə olmasaydılar, şübhəsiz ki, R.Cəlilov bu gün müavin vəzifəsində işləməzdi…
Kərəm Həsənovun “asan xidməti” – hamıdan işdən azad olunmaq haqqında ərizə alıb
Ancaq bunu K.Həsənovun dostluğa sədaqəti, kişiliyi qiymətləndirməsikimi deyil, gələcəkdə həyata keçirməyi planlaşdırdığı “layihələri”,maxinasiyalrı reallaşdırmaqda ona yardımçı olacaq “sirr ortağını” yanınaalması kimi xarakterizə etmək daha doğru olardı. Çünki KərəmHəsənov ona çörək verən, əlindən tutub yuxarı çəkən Fərhad Əliyev vəqardaşına xəyanət etməklə, bəzi dəyərlərin onun üçün elə də əhəmiyyətdaşımadığını göstərdi…
Elə bunun göstəricisi idi ki, Kərəm Həsənovun tapşırığıəsasında Ləğvetmə Komissiyasının qərarı ilə F.Əliyevin vəzifəyə təqdimetdiyi 80 nəfərə yaxın əməkdaş yeni komitədə işə qəbul edilmədi.
Yeri gəlmişkən qeyd edək ki, Komitəyə işə qəbul olunan hər birəməkdaşdan, istər keçmişdə, istərsə də özü rəhbərlik etdiyi dövrdəKomitənin tabeliyinə keçən, ancaq hələ özəlləşdirilməmiş müəssisələrinrəhbərlərindən, Açıq Səhmdar Cəmiyyətlərin (ASC) İdarə Heyətlərininsədri təyin olunan şəxslərdən eyni gündə həm işə qəbul haqqında, həm dəişdən azad olunmaq haqqında ərizə yazmaları tələb olundu. İşə qəbulhaqqında ərizəyə tarix yazılsa da, ikinci – işdən azad olunmaqhaqqındakı ərizədə tarix qeyd olunmurdu. K.Həsənov və müavinləriqanunvericiliyə zidd olan ikinci ərizənin hansı əsasla yazılmasınısoruşanlara göstərişin Prezident Administrasiyasından verildiyinibildirirdilər.
İkinciərizə əvvəllər əl ilə yazılıb imzalanırdı. Ancaq bununla bağlıKomitənin bəzi əməkdaşlarının Azərbaycan Respublikasının Prezidentiyanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK),Prezident Administrasiyasına məlumat vermələri Kərəm Həsənovugözləmədiyi situasiya ilə üzləşdirdi. Ona Prezident Administrasiyasındanxəbərdarlıq edildi.
Bundan sonra əlavə problemlərdən qaçmaq üçün yeni metod düşünüldü. Kadr,dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri, əslən Cəlilabadrayonundan olan, K.Həsənovun yaxın qohumu Natiq Məlikov ərizələrikompyuterdə yazdıraraq tarix qoyulmadan imzalatdırırdı. Tarixi istənilənvaxt qoyaraq, Əmr vermək daha asan idi. ƏMDK-nin əməkdaşları buvariantı öz aralarında dövlət qulluqçusunun xəbəri olmadan 10 dəqiqəyəişdən azad olunmağın “asan xidmət”i adlandırırdılar.
Yəqin ki, respublikada dövlət qulluğu statusunda fəaliyyət göstərəntəşkilatların heç birində bu cür “cılız” idarəetmə üsulundan istifadəolunmur. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Sədri BəhramXəlilovun bu “layihə”dən xəbəri ola-ola susması, təəssüf doğurur.
Kərəm Həsənov Komitədə yeni iş rejimi tətbiq edir – pozanların “paketi” kəsilir
K.Həsənovuntapşırığına əsasən, Komitədə yeni iş rejimi tətbiq olundu, sıravidövlət qulluqçularının iş vaxtı əmrsiz axşam saat 19.00 –a qədər, şöbəvə sektor müdirlərinin iş saatı isə 20.00, bəzən 21.00 –a qədəruzadıldı. Komitənin və onun rayon şöbələrinin əməkdaşlarınaşənbə günü saat 17.00-dək işdə olmaları haqqında göstəriş verildi.Dövlət qulluqçusunun əmək məzuniyyətində olduğu müddət Komitənin Əmrindəvə Əmək Məcəlləsində göstərildiyi kimi yox, K.Həsənovun göstərişi iləiki həftədən artıq olmamaq şərti ilə müəyyənləşdirildi. İki həftədənsonra əməkdaş müvafiq Əmr olmadan məcburən iş yerində olmalı idi. Əgərəməkdaş iki həftədən artıq məzuniyyətdə olarsa, respublikada yeganədövriyyə pul tədavül vasitəsi olan manat əvəzinə ona ABŞ dolları iləverilən “paket” maaşı kəsilirdi.
DQMK-ı tərəfindən vəzifəyə göndərilmiş əməkdaşa komitədə tətbiq olunanbir il sınaq müddətində “paket” maaşı verilmirdi. Yeni işçinin sınaqmüddətində buna reaksiyasından çox şey asılıdır. Həmin dövrdə onunehtiyaca dözümlülüyü araşdırılır. Qeyd edək ki, yuxarıda qeyd olunanqanunsuzluqlar bu gün də davam edir. Əməkdaşlar ikinci ərizənin işədüşəcəyindən və iş yerlərini itirəcəklərindən ehtiyat edib, K.Həsənovunözəl iş rejiminə etirazlarını bildirməyə cəsarət etmirlər.
Dövlət Qulluğu Məsələləri Komissiyasının sədri Həsənovdan niyə çəkinir?
Qayıdaq əvvəlki dövrdə baş verənlərə. Beləliklə, K.Həsənov yeniyaradılmış komitədə və onun strukturlarında çalışan 80 nəfərə yaxınəməkdaşı “F.Əliyevin kadrı” damğasını vurmaqla işdən azad etdi.Maraqlıdır ki, Dövlət Qulluğu Məsələləri Komissiyasının sədri B.Xəlilovöz vəzifə səlahiyyətindən istifadə edərək, azad olunmuş dövlətqulluqçularının hüquqlarının pozulmasının qarşısını almadı. Nə onlarınöz iş yerlərinə bərpa edilməsinə, nə də başqa dövlət təşkilatlarındaişlə təmin olunmasına köməklik göstərdi… Bəlkə də K.Həsənovdan ehtiyatedirdi.
Çünki F.Əliyev kimi bir naziri, həmyerlisini, “xlebnik”ini“pod otkos” buraxan bir şəxs üçün, B.Xəlilovu da hansısa bir fikrinəgörə, necə dəyərlər, “şərə salmaq” o qədər də çətin deyildı.Elə Həsənov özü də bunu gizlətmirdi. K.Həsənov Dövlət Qulluğu MəsələləriKomissiyasının 5-ci təsnifata imtahan verib qəbul olunmuş gəncləri “B.Xəlilov kimdir ki, mənim işimə qarışır, mənə göstəriş verir” deyərək 7-ci təsnifata uyğun vəzifəyə təyin edirdi. 5-ci təsnifata uyğun vəzifəyə qəbul olunmuş gənc etiraz etdikdə K.Həsənov -“get B.Xəlilova şikayət et, mən səni bu vəzifəyə təyin edirəm” və ya“B.Xəlilov mənim işimə qarışa bilməz, kimi hara təyin etdiyimi mənbilərəm” – deyə meydan oxuyurdu.
Yenidən DQMK–na müraciət edən gənclərə heç bir köməklik göstərilmədi.Biz həmin gənclərin sonrakı karyerasını təhlükə altına atmamaq üçünadlarını açıqlamırıq. Sadəcə bu faktları xatırlatmaqla, Həsənovda qısamüddətdə Prezidentin yanında fəaliyyət göstərən icra orqanının rəhbərinibelə saymayacaq dərəcədə özünəarxayınlığın yarandığına diqqəti çəkirik.
Fərhad Əliyevə məxsus hansı müəssisələr əlindən alındı?
FərhadƏliyev həbs olunduqdan sonra Kərəm Həsənov onun nəzarətində olanobyektləri əlindən almağa başladı. Təbii ki, “yuxarıların” tapşırığıilə… Ancaq öz payını da götürməyi unutmadı.
Fərhad Əliyev aid “Mingəçevir Regenerat” ASC, “Mingəçevir Texniki Rezin”ASC, “Bakı Elektroavtomat” ASC, “Siyəzən Broyler” ASC, “AzərbaycanAliminiumu” ASC, “Daşkəsən Filizsaflaşdırma” ASC, “Azərelektroterm” ASC,“Azərboru “ASC, “Bakıelektrikşəbəkə” ASC, “Sumqayıtelektrikşəbəkə” ASCilə bağlanmış müqavilələr guya investorlar tərəfindən müqaviləşərtlərinin yerinə yetirilməməsi adı ilə ləğv olundu.
Həmin müəssisələrin fəaliyyətinə Kərəm Həsənov birbaşa özünəzarət edir. Hazırda bu müəssisələrin gəliri komitənin “katyoluna”ödənilir.
Bundan başqa Fərhad Əliyevin respublikanın müxtəlif yerlərində, Bakışəhərində yaxınlarının adına özəlləşdirdiyi qeyri-yaşayış sahələriəlindən alındı. Onların bir hissəsini Kərəm Həsənov öz yaxınlarınınadına keçirdi.
Fərhad Əliyev tərəfindən açılan, onun yaxınlarının nəzarət etdiyi bəzimüəssisələrin fəaliyyəti isə dayandırıldı. Məsələn, F.Əliyevin açdığıGəncə Xalça Kombinatının yaxınlığında 100-dən çox ailənin yeganə iş yerisayılan, Almaniya istehsalı olan 9 ədəd xalça toxuyan dəzgahla işləyənmüəssisənin faəliyyəti dayandırıldı. Əmlakının mülkiyyət sənədləri isələğv edildi.
Məhkəmədə Fərhad Əliyevə salam verdiyinə görə vəzifəsindən azad olundu
KərəmHəsənovun müavin təyin etdiyi Rafiq Cəlilov da F.Əliyevin vaxtilə onuişdən azad etməsini unutmamışdı. F.Əliyevin məhkəmə prosesi zamanıK.Həsənovun tapşırığı ilə R.Cəlilovun, R.Şahbazovun kabinetlərindəkomitənin xüsusi seçilmiş əməkdaşları təlimatlandırılırdı.
Rafiq Cəlilov məhkəmədə kimin F. Əliyev haqqında nə danışacağını, onun“vəzifəsindən sui istifadə edib” qanunsuz özəlləşdirmə ilə əlaqədar kimənecə təzyiq etməsi ilə bağlı göstərişlər verirdi.
Bəzilərinə proses zamanı F.Əliyevə xüsusi ironiya və kinayə ilə “ay Fərhad” deyə müraciət etməyi, “sənin yerin elə oradır” deyə təhqir etmələrini tapşırırdı.
Məhkəmə prosesində kimin necə ifadə verdiyi zalda əyləşən nümayəndətərəfindən hər axşam K.Həsənova, həmçinin R.Şahbazova, R.Cəlilova məruzəolunurdu. Hətta şahid kimi məhkəməyə dəvət olunmuş Bakı şəhərirayon şöbəsinin rəislərindən biri zala daxil olarkən F.Əliyevə salamverdiyinə görə bu üçlüyün qəzəbinə düçar olub, vəzifəsindən azad olundu.Ona rəğbəti olan sahibkarlardan biri məhkəmə prosesində özünü saxlayabilməyib, F.Əliyevin barmaqlıq arxasında oturmasına acımış, üzünü onatutaraq “sənə bir il həbs verilməlidir, o da K.Həsənov kimi birisini Əmlak Komitəsinə işə götürdüyünə görə” demişdi…
Kərəm Həsənov oliqarxlara mesaj göndərib: “Mənim sözüm sizdən üstün olacaq!”
Kərəm Həsənov 2010-cu ildə qardaşı, “AZİNKO Holdinq”inrəhbəri Malik Həsənovu Milli Məclisə deputat təyin etdirdi. Bununla daGülər Əhmədovanın sadaladığı siyahı üzrə kimin kadrı olduğu məlum oldu.Bunu heç gizlətmir də…
Arif Qaraşovdan sonra oliqarxların, imkanlı şəxslərin, iş adamlarının vədigər şəxslərin əmlakları barədə bütün məlumatları hakimiyyətin“yuxarısına” ötürdüyünə görə, az qala onlar tərəfindən parçalanmağahazır olan, müxtəlif tədbirlərdə onun salamını almayan, özlərinigörməməzliyə vuran şəxslərə mesaj göndərdi ki, “özünüzü yığışdırın, növbəti 5 ildə mənim sözüm sizdən üstün olacaq”…
Hökumət dəhlizlərində yayılan söz-söhbətə görə,Həsənov bəyan etmişdi ki, 5 il ərzində “ümumi katyol”danmaliyyələşdirilən Çernoqoriyada, Monteneqroda, Bolqarıstanda, Dübayda,Almaniyada, Çexiyada reallaşdırılan, həmçinin respublikada “AZİNKOHoldinq”in həyata keçirdiyi bütün layihələrdə maliyyələşmə və xərclərənəzarəti ona tapşıracaqlar. Həqiqətən də yuxarıda qeydolunan ölkələrdə daşınmaz əmlak alınması ilə birbaşa o məşğul oldu.Bununla da özünə qarşı olan gizli və açıq savaşları qismənneytrallaşdıra bildi.
Həsənovun əmlak siyahısında nələr var?
İndiisə qısa da olsa Həsənovun sahib olduğu əmlak barədə məlumat verək.“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə MilliStrategiya”nın təsdiq edilməsi barədə Tədbirlər Planı mövzusunda rüblük,yarımillik, illik hesabatlarda, kollegiya iclaslarında odlu-alovludanışan K.Həsənov görəsən DƏN-ə işə qəbul olunandan sonra aldığı saysız–hesabsız mənzilləri, torpaq sahələrini, obyektləri hansı vəsaitlə əldəedib?
K.Həsənov həmyerlisi, ona karyerada qalxmağa kömək etmişF.Əliyevdən fərqli olaraq, Bakı şəhərinin mərkəzindən uzaq, şəhərətrafında yerləşən, gözə çarpmayan müəssisə və obyektləri ələ keçirməyədaha çox üstünlük verir. Ona birbaşa və dolayısı ilə məxsus olan torpaqvə qeyri yaşayış sahələrinin tam olmayan siyahısını oxuculara təqdimedirik:
1. Xəzər rayonu Şüvalan qəsəbəsi, A.İldırım küçəsi 39ünvanındakı rayon maliyyə şöbəsinin köhnə 2 mərtəbəli binası. Tikilialtısahəsi 600 kv.m, torpaq sahəsi 1156 kv.m.
2.Xəzər rayonu Şüvalan qəsəbəsi, Şimal DRES-in uşaq bağçası. Tikilialtı sahə 800 kv.m, torpaq sahəsi 3000 kv.m.
3.Suraxanı rayonu Hövsan qəsəbəsi, Yardımçı təsərrüfat. Tikilialtı sahə 1300 kv.m, torpaq sahəsi 47000 kv.m.
4.Xəzər rayonu Mərdəkan qəsəbəsi, Dəniz yolu. MəmmədovUmudəli Ramazan oğlunun adına rəsmiləşdirilib .Tikilialtı sahə 220 kv.m,torpaq sahəsi 8400 kv.m.
5.Suraxanı rayonu Əmircan qəsəbəsi, E.Həsənov küçəsi 42ünvandakı qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 150 kv.m, torpaq sahəsi1300 kv.m. Binnətov Zəbullanın adına rəsmiləşdirilib.
6. Xəzər rayonu Şüvalan qəsəbəsinin cənub–şərq hissəsindəMaşınqayırma Pansionatının yarımçıq tikilisi. Tikilialtı sahə 600 kv.m,torpaq sahəsi 127022 kv.m. Rəsmiləşdirilib Davudov Yusif Abdulhəmidoğlunun adına.
7.Xəzər rayonu Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsindəyerləşən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olanqeyri –yaşayış sahəsi. Tikilialtı sahə 120 kv.m, torpaq sahəsi 9000kv.m. Bayramova Xalidə Nuru qızının adına rəsmiləşdirilib.
8.Sabunçu rayonu Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsi, 3ünvanda qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 1200 kv.m, torpaq sahəsi23500 kv.m. Mustafayev Azad Niyazi oğlunun adına rəsmiləşdirilib.
9.Xəzər rayonu Gürqan qəsəbəsi, Dənizkənarı tikili. Tikilialtı sahə 550 kv.m, torpaq sahəsi 50000 kv.m.
10.Xəzər rayonu Şüvalan qəsəbəsi, A.İldırım küçəsi “Aqro”kooperativinin və Su doldurma məntəqəsinin yanında. Tikilialtı sahə2000 kv.m, torpaq sahəsi 58000 kv.m.
11. Xəzər rayonu Buzovna yolu, Mərdəkandan Buzovnaya gedəndə sol tərəfdə SMD-26-nın əmlakı və torpaq sahəsi.
12. Vişnevka dəmir yolunun yanı, Yardımçı təsərrüfat, idman sağlamlıq mərkəzi.
13.Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 akeçmiş Keyfiyyət Evi. Tikilialtı 960 kv.m, torpaq sahəsi 3000 kv.m.İsmayılov Ramazan İslam oğlunun adına rəsmiləşdirilib.
14. Xəzər rayonu Şüvalan qəsəbəsi, bağlara gedən təzəyolun üstündə. Tikilialtı sahə və torpaq sahəsi 5000 kv.m. Donuzçuluq vəheyvandarlıq yardımçı təsərrüfatı.
15.Xətai Mexanizasiya ASC-nin nəzarət səhm zərfi.
16.Bəhrəmtəpə Qum-Çınqıl ASC-nin nəzarət səhm zərfi.
17.Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Bakı şəhər yol polisinin keçmiş ərazisi.
18.H.Zərdabi küçəsində Ticarət Nazirliyinin keçmişqarajının yerində hündür mərtəbəli binaya şərikliyi (Papanin körpüsününyanı.)
19.H.Ələskərov küçəsi 6-12 ünvanında hündür mərtəbəli binaya şərikliyi.
20. Nizami rayonu 8-ci km bazarı.
21.Kənar şəxslərin adına rəsmiləşdirilən Nərimanov vəSəbail rayonundakı villa və mənzillər. H.Hacıyev küçəsindəki 2 mənzili,Qubada, Şamaxıda, Qəbələdəki villaları, Bigəhdəki bağ evi və s.
(ardı var)
Qaynar.info