
Con Kerri rusiyalı həmkarı Sergey Lavrovla Ukraynadakı böhranı və gələcək fəaliyyət qrafikini müzakirə ediblər.
Avropa.info Rusiya XİN-ə istinadən xəbər verir ki, bu gün ABŞ dövlət katibi Con Kerri ilə RF XİN başçısı Sergey Lavrov arasında telefon danışığı olub.
Danışıq Amerika tərəfinin təşəbbüsü ilə reallaşıb. Tərəflər Ukraynadakı böhrandan çıxış yollarını müzakirə edib, bu böhranın həlli ilə bağlı növbəti görüşlərin qrafikini müzakirə ediblər.
Qaynar.info