Xəbər lenti

Kerri: “Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə saatlar qalıb”
Dünya18:44 26.06.2014

Kerri: “Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə saatlar qalıb”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın dövlət katibi Con  Kerri Rusiyanı xəbərdar edib. 
Qaynar.info BBC-yə istinadən xəbər verir ki, dövlət katibi Kremlin Ukraynanın şərqində separatçıların tərksilah edilməsi planına sadiqliyini sübut eləmək üçün “saatlar qaldığını” söyləyib.
Parisdə jurnalistlər qarşısında çıxış edən Kerri təsdiq edib ki, Amerika və Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar planı iyunun 27-də hazır olmalıdır. Amerika xarici siyasət idarəsi başçısının sözlərinə görə, Aİ liderləri yeni sanksiyalar məsələsini Ukraynanın qurumla assosiativ sazişi imzalaması ilə paralel nəzərdən keçirəcək. 
İyunun 27-də həmçinin, rəsmi Kiyevin Donetsk və Luqansk vilayətlərində atəşkəsin birtərəfli qaydada dayandırılması haqda elan elədiyi moratoriumun vaxtı bitir.
Qaynar.info