Dünya 11:17 24.02.2024

Kəşfiyyat KXDR-in Rusiyaya hansı döyüş sursatı verdiyini açıqladı: "Onların yarısı işləmir"

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski bildirib ki, KXDR Rusiyaya 1970-1980-ci illərdə istehsal olunmuş 1,5 milyon döyüş sursatı verib.

Qaynarinfo bu barədə Unian-a istinadla xəbər verir.

"Bu gün mövcud statistik məlumatları götürsək, ruslar artıq KXDR-dən milyon yarım sursat idxal edib. Amma bu sursat 1970-1980-ci illərə aiddir. Onların yarısı işləmir, qalanları isə ya bərpa olunmalı, ya da istifadə etməzdən əvvəl sınaqdan keçirilməlidir", - o, "İnterfaks-Ukrayna”ya müsahibəsində deyib.

Skibitski bundan Şimali Koreyanın əldə etdiyini də açıqlayıb.

"O, köhnəni verir, öz ölkəsində istehsalını artırmağı xahiş edir və müqabilində müdafiə-sənaye kompleksini inkişaf etdirmək üçün müəyyən texnologiyalar, xüsusən də raket texnologiyaları, sualtı qayıqların istehsalı texnologiyaları istəyir”, - deyə o, izah edib.

Qeyd edək ki, Cənubi Koreyanın BMT-dəki nümayəndəsi Hvanq Junq-kuk Şimali Koreyanın öz yaxın mənzilli ballistik raketlərini Rusiyaya təhvil verərək, Ukraynadan nüvə silahı daşıya bilən raketlərin sınaq poliqonu kimi istifadə edir. O xatırladıb ki, Şimali Koreyanın təqdim etdiyi qısa mənzilli raketlər dekabr və yanvar aylarında Ukraynaya atılıb.

Kəşfiyyat Şimali Koreyanın Rusiya Federasiyasına daha 1 milyon artilleriya mərmisi ötürmək niyyətini təsdiqləyir. Bunu prezident Vladimir Zelenski Avropa Şurasının xüsusi iclasındakı çıxışında deyib.

Alpər