Xəbər lenti

Kəşfiyyat və Ağ Ev məlumatları: Müharibə nə qədər davam edəcək, 2024-2025-ci illərdə nələr olacaq?
Dünya13:36 19.01.2024

Kəşfiyyat və Ağ Ev məlumatları: Müharibə nə qədər davam edəcək, 2024-2025-ci illərdə nələr olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vaşinqton həm Rusiya, həm də Ukraynanın 2025-ci ildə daha gərgin döyüşə keçməzdən əvvəl 2024-cü ildə müdafiə sənayesi komplekslərinin qurulmasına diqqət ayıracağını gözləyir. ABŞ-ın yardımı uzunmüddətli perspektivdə Ukrayna üçün çox vacibdir və yardımın mümkün qədər böyük hissəsi ABŞ seçkilərinə qədər ayrılmalıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın CNN telekanalı bir sıra mənbələrə istinadən Rusiyanın yaxın illərdə Ukraynaya qarşı müharibəsinin perspektivləri və Ağ Evin ABŞ-da Ukraynaya yardımın blokdan çıxarmaq üçün apardığı mübarizəyə dair materialında məlumat yayıb.
Rusiyanın Ukraynaya qarşı müharibəsi nə qədər davam edəcək və bu il necə olacaq?
Hazırda Avropada xidmət edən ABŞ hərbi rəsmisi CNN-ə bildirib ki, Ukraynanın daha bir böyük əks hücumu, böyük ehtimalla cənubda Melitopol ətrafında Rusiya qüvvələrini parçalamaq cəhdi olaraq qalacaq. Nə Avropa, nə də ABŞ rəsmiləri Ukrayna və ya Rusiyanın 2024-cü ildə cəbhədə ciddi irəliləyiş əldə edəcəyini gözləmirlər.
Bu mənbə qeyd edib ki, hər iki tərəf "həm canlı qüvvə, həm də silah baxımından çox tükəndyindən 2024-cü ildə çox dəyişikliyi görə bilməyəcəyik”. Onun sözlərinə görə, ukraynalılar imkani baxımından 2025-ci ili "yeni bir hücuma başlamaq üçün daha real variant” kimi müzakirə ediblər.
Ümumilikdə, Ukraynanın 2025-ci ildə daha da şiddətli döyüşlər gözlədiyi üçün 2024-cü ili hərbi-sənaye kompleksini gücləndirmək və öz qüvvələrini yenidən qurmaq üçün istifadə edəcək. Onun sözlərinə görə, böyük ehtimalla Rusiya da bu strategiyaya uyğun hərəkət edəcək. 
"Bu səbəbdən Qərbin davamlı dəstəyi çox vacibdir, çünki gələn il hadisələrin 2025-ci ildə və bəlkə də ondan sonra necə inkişaf edəcəyinə dair qərar veriləcək hər şey edilməlidir", deyə CNN həmsöhbətindən sitat gətirir. 
Materialda deyilir ki, payızda kimin ABŞ prezidenti seçilməsindən və bu il Amerika siyasətində nə baş verməsindən asılı olmayaraq, ABŞ və Qərb kəşfiyyat rəsmiləri Rusiyanın Ukraynadakı müharibəsinin çox güman ki, 2024-cü ildən sonra da davam edəcəyini ehtimal edirlər. 
"Qiymətləndirmələr fərqlənir, lakin faktiki olaraq hamısı - kəşfiyyat məlumatları ilə tanış olan bir çox mənbə müharibənin ən azı iki il davam edəcəyini ehtimal edirlər. Bəzi ABŞ və Qərb rəsmiləri şəxsi söhbətlərində döyüşlərin daha beş il davam edə biləcəyini deyirlər", deyə CNN müəllifləri yazır.
Buna görə Ağ Ev rəsmiləri və qanunvericilər, o cümlədən bəzi respublikaçı "şahinlər”, 2024-cü ilin sonuna qədər Ukraynaya yardımı təsdiqləməyə və göndərməyə çalışırlar.
"Təcili dəstəyə ehtiyacdan əlavə, 2025-ci ilin yanvarına qədər mümkün qədər çox yardımın göstərilməsi zərurəti danışdığım bir çox insanı narahat edir", deyə ABŞ rəsmilərindən qeyd edib. Onun fikrincə, nəinki vəsaitin ayrılması, həm də seçkidən əvvəl ödənilməsi vacibdir, çünki 2024-cü maliyyə ilində gözlənilən istənilən vəsait Tramp tərəfindən bloklana bilər (əgər qalib gələrsə).
Həlledici 2024: Amerikanın Ukraynaya yardımının taleyi necə olacaq?
ABŞ prezidenti Co Bayden ABŞ qanunvericilərini Ukraynaya 60 milyard dollarlıq yardım tələbinin blokdan çıxarmağı çağırmağa davam edərkən - xüsusən də yanvarın 17-də Konqres liderləri ilə görüş zamanı - Bayden administrasiyasında 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər ABŞ-ın Ukraynaya yeni hərbi maliyyə ayırması üçün son şans ola biləcəyinə dair qara fikirlər dolaşır.
CNN mənbələrinin məlumatına görə, Ağ Evdə Nümayəndələr Palatasının və Senatın qanunvericiləri ilə bu yaxınlarda keçirdiyi görüşdə Co Bayden Ukrayna üçün təhlükənin nə olduğunu mümkün qədər aydın şəkildə göstərməyə çalışıb. Bayden hətta milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heynsdən Ukraynanın yardımsız qalacağı təqdirdə yaxın aylarda tükənməsi riski ilə üzləşəcəyi xüsusi silah növləri haqqında danışmağı xahiş edib. Bu barədə telekanala görüşün təfərrüatları ilə tanış olan Ağ Evin adı açıqlanmayan nümayəndəsi məlumat verib. Başqa bir məmur CNN-ə bildirib ki, ABŞ-ın dəstəyi olmadan tükənə biləcək əsas silahlara misal olaraq hava hücumundan müdafiə sistemləri və artilleriya döyüş sursatları xüsusi olaraq göstərilib.
Bayden həmçinin ABŞ qanunvericilərinə xəbərdarlıq edib ki, müharibə etmək növbəsi ABŞ ordusuna gələ bilər, çünki Ukrayna-Rusiya müharibəsi NATO ərazisinə keçərsə, ABŞ birbaşa olaraq münaqişədə iştirak etməli olacaq.
Eyni zamanda, hazırda digər respublikaçılarla birlikdə Ukraynaya yardıma mane olan Nümayəndələr Palatasının spikeri Mayk Conson, Ukraynaya maliyyənin davam etdirilməsinin ABŞ üçün Əfqanıstanda 20 illik müharibəyə bənzər "bataqlığa” çevirmək riski daşıyır. 
"Aydın şəkildə ifadə olunmuş strategiya olmadan biz milyardlarla dollar xərcləyə bilmərik və mən bugünkü görüşdə dəfələrlə dediyimi prezidentə dedim: "Cənab, strategiyanın nə olduğunu açıqlamalısınız. Sonu necə olmalıdır?”, deyə Conson CNN-ə müsahibəsində deyib.
"Bu mübahisələr fonunda Ağ Ev, NATO-nun mənzil-qərargahı və Kiyev "aydın şəkildə bilirlər ki, Donald Tramp noyabrda yenidən seçilərsə, Kiyevə dəstəyi azaldacaq”, deyə CNN yazır.
"Respublikaçıların Ukraynaya əlavə yardımı müdafiə etməməsinin əsas səbəbi Tramp və onun tərəfdarlarının xətrinə dəymək istəməmələridir. O, artıq açıq şəkildə qeyd edib ki, nə edəcək: müharibə onun hakimiyyətdə ilk günündə sona çatacaq, bu o deməkdir ki, ən azı Putin Ukraynada qazandıqları əraziləri qoruyub saxlaya biləcək”, deyə Demokratlar Partiyasının nümayənfəsi Mayk Kuiqli CNN-ə bildirib. 
Buna görə də Bayden administrasiyasının seçki ilində Ukraynaya təklif olunan 60 milyard dollarlıq paketdən daha çox yardım təmin edə biləcəyinə ümid etmək "boş xəyal” olardı. 
"Bizim Ukrayna üçün pulumuz tükənib. Administrasiya bəzi sehrlər yaratmağa müvəffəq oldu, amma hazırda o da tükənir”, deyə hazırda Avropada dislokasiya olunmuş amerikalı hərbi məmur təsdiqləyib.
"Ümumilikdə, hər şey Baydenin yenidən seçilməsindən asılıdır, elə deyilmi?", deyə Qərb kəşfiyyat məlumatları ilə tanış olan başqa bir mənbə qeyd edib.
Qanunvericilik müzakirələri ilə tanış olan konqres köməkçilərindən biri CNN-ə bildirib ki, Ukraynaya yardımla bağlı danışıqlar nə qədər uzun davam etsə, onun təsdiqlənmə ehtimalı bir o qədər az olacaq.
Eyni zamanda, ABŞ rəsmiləri son bir ildə Qərbdə saxlanılan və dondurulmuş Rusiya Mərkəzi Bankının təxminən 300 milyard dollarlıq aktivlərinin məhkəmə tərəfindən müsadirə edilməsi və Ukraynaya ötürülməsi ehtimalı üzərində işləyirlər. Bu, həmçinin G7 ölkələrində ABŞ-ın müttəfiqlərinin iştirakını, eləcə də prezidentin ABŞ-dakı Rusiya aktivlərini müsadirə etməyə imkan verən Konqresin xüsusi aktını tələb edəcək. Lakin bu qanun layihəsinin nə vaxt səsverməyə çıxarılacağı məlum deyil.
ABŞ-ın yardımı olmadan döyüş meydanı: yaxın aylarda Ukraynanı nə gözləyir?
Eyni zamanda, ABŞ kəşfiyyat rəsmiləri Amerikanın maliyyələşdirməsinin azaldılmasının qısa müddətdə Ukrayna üçün döyüş meydanındakı vəziyyətə ciddi təsir edəcəyinə inanmırlar. Kəşfiyyat məlumatları ilə tanış olan CNN mənbələri deyirlər ki, indi Rusiya öz qüvvələrini yenidən qruplaşdırmağa çalışır və bu da Ukraynaya müəyyən vaxt udmağa imkan verir. Lakin uzunmüddətli perspektivdə ABŞ yardımının olmaması Moskvaya silah tədarükünü artırmaq, İran və Şimali Koreyanın dəstəyindən yararlanmaqla hücum sürətini bərpa etməyə imkan verə bilər. 
ABŞ rəsmiləri həmçinin Amerikanın dəstəyinin dayandırılmasının Vaşinqtonun digər müttəfiqlərinə göstərə biləcəyi təsirləri də ölçürlər. Axı bu, ABŞ-ın uzunmüddətli perspektivdə müttəfiqlərini və tərəfdaşlarını dəstəkləmək üçün siyasi iradəsinin olmadığına işarə ola bilər. Digər narahatlıq isə ondan ibarətdir ki, silah-sursat ehtiyatı tükənməkdə olan Avropa da ABŞ-ın hərəkətlərini izləyəcək və müəyyən yardımları dayandırmağa başlayacaq.
Bundan əlavə, ABŞ-ın Ukraynaya maliyyə ayırmasının dərhal dayandırılması Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın işğalı altında olan Krıma və Qara dəniz regionuna uzaqmənzilli zərbələr endirmək imkanlarını məhdudlaşdıra bilər. Bu imkanları Ukraynaya Qərb silahları, o cümlədən ABŞ-ın təqdim etdiyi ATACMS sistemləri yaradır. 
ABŞ kəşfiyyatının qiymətləndirmələri ilə tanış olan şəxs CNN-ə bildirib ki, bu tədarüklər dayandırılsa, Ukrayna ən yüksək səviyyəli əməliyyatlarından bəzilərini həyata keçirmək qabiliyyətini itirə bilər. İndi isə Ukraynanın ötən ilin payızında Rusiyanın Qara Dəniz Donanmasına zərbələr endirməsi, Rusiyanı bir çox gəmilərini işğal olunmuş Krımda Sevastopoldan geri çəkməyə məcbur etməsi Qərbin təqdim etdiyi uzaqmənzilli raketlərin xüsusilə səmərəli istifadəsi kimi qiymətləndirilir.
Belə ki, CNN-in Qərb kəşfiyyat mənbələrindən birinə görə, yaxın gələcəkdə Ukrayna çıxılmaz vəziyyətdə olsa da, ABŞ-ın dəstəyi olmadan da duruş gətirə biləcək. Amma bu, yenə də təkcə Ukrayna üçün deyil, həm də ABŞ-ın dünyadakı reputasiyası üçün ciddi itki olacaq. 
"Bu, Rusiyanın ərazi ələ keçirə bildiyini göstərir və digər ölkələrə sübut edir ki, onlar ərazini güc yolu ilə ala bilərlər. Biz göstərməliyik ki, dövrümüzdə və zəmanəmizdə böyük dövlətlər sadəcə gedib əraziləri zorla ələ keçirə bilməzlər”, deyə mənbə bildirib. 
Nizami Bağırov