Xəbər lenti

Keşiş və arvadından böyük fırıldaq: "Allah deyib "INDXcoin" alanlar varlanacaq..."
Dünya12:40 22.01.2024

Keşiş və arvadından böyük fırıldaq: "Allah deyib "INDXcoin" alanlar varlanacaq..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Kolorado ştatının tənzimləyicisi keşiş Eli Reqalado və onun həyat yoldaşı Keytlini milyonlarla dollarla "INDXcoin" kriptovalyutası fırıldaqçılığına görə məhkəməyə verib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Cointelegraph” məlumat yayıb.
Reqalado onlayn kilsə "Victorious Grace Church"u təsis edib. 2023-cü ildə Eli Reqalado "insanlar "INDXcoin" kriptovalyutasını aldıqda varlanacaqlar" deyib və guya Allah ona bu haqda məlumat verib.
Kriptovalyutalar yalnız Reqalado tərəfindən yaradılan "Kingdom Wealth Exchange"də alına bilərdi. Lakin 2023-cü ilin noyabrında platforma işləməyi dayandırıb, çünki pastorun serverləri dəstəkləmək üçün pulu tükəndiyi iddia edilir.
İddiaya görə, cütlük "INDXCoin" tokenlərində 3,2 milyon dollar satıb və şəxsi xərclərə, o cümlədən dəbdəbəli əşyalar, təmir və tətillər üçün ən azı 1,3 milyon dollar xərcləyib.
2024-cü ilin yanvarında Reqalado ona qarşı irəli sürülən ittihamları təsdiqləyib. O, bu ittihamların doğru olduğunu və həyat yoldaşı ilə birlikdə əslində 1,3 milyon dollar mənimsədiyini etiraf edib. Eyni zamanda, evinin yenidən qurulmasına bir neçə yüz min pul xərcləndiyini və çünki "Tanrın ın bunu etməyi buyurduğunu" bildirib.
Ailənin hesabları dondurulub. Reqaladoya əyalətdə token satışı da qadağan edilib.
Aydın