Dünya şöhrətli aktyor Kevin Speysi bütün doqquz ittiham üzrə təqsirsiz hesab edililib. O, 2001-2013-cü illər arasında dörd kişiyə qarşı cinsi qısnama ittihamları üzrə mühakimə olunub, ancaq ona qarşı bütün ittihamlar rədd edilib. Andlılar heyətinin müşavirəsi təxminən 12 saat davam edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat
yayıb.
Həmin gün 64 yaşı tamam olan Speysi göz yaşlarına boğularaq andlılar heyətinə "təşəkkür edirəm” dedikdən sonra göz yaşlarını silib.
Keçən ilin sonlarında Nyu Yorkun mülki məhkəməsi də Speysinin 1986-cı ildə 14 yaşlı bir gənclə flört etmə işində günahkar olmadığına dair qərar verib. Həmçinin 2021-ci ilin noyabrında məlum olub ki, məhkəmə aktyoru cinsi qısnama qalmaqalına görə "Kart evi” serialının müəlliflərinə 31 milyon dollar ödəməyə məcbur edib. Speysi müqaviləni pozmaqda təqsirli bilinib.
Kevin Speysi ətrafında qalmaqal "Star Trek" serialının ulduzu Entoni Rappın 14 yaşında ikən sərxoş aktyorun onu intim münasibətə cəlb etməyə çalışdığını deməsi ilə başlayıb. Speysi bu hadisəni xatırlamadığını, lakin Rappdan üzr istədiyini deyib. Bundan sonra meksikalı aktyor Roberto Kavazos özünün də Speysi tərəfindən cinsi qısnama qurbanı olduğunu və eyni vəziyyətdə olan bir çox başqa insanları tanıdığını söyləyib.
Qalmaqal nəticəsində "Netflix” Speysini "Kart evi” serialından qovub və onun iştirak etməyi planlaşdırdığı bir neçə filmin çəkilişləri də ləğv edilib.
Nizami Bağırov